Menu

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

08.01.2021, 12:26
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Yanvarın 8-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində prokurorluq orqanları tərəfindən 2020-ci il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Əməliyyat müşavirəsinin detalları barədə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Şərhlər

Arif Əliyev rabitəçi 2021-01-08 12:43:54

Baş Prokurorluğa göndərilən ciddi faktlarla bağlı şikayətlər,nədənsə araşdırılmadan Rabitə nazirliyinə göndərilir,sanki kimsə bu nazirlik barada şikayətləri dinləmək istəmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol