Menu

"Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcəklər" - "Qaçqınkom"

08.01.2021, 12:52
"Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcəklər" - "Qaçqınkom"

"Ola bilsin ki, hansısa məcburi köçkün işğaldan azad edilən yerə qayıtmasın və bu da onun şəxsi seçimidir. Mövcud qanunvericiliyə uyğun olaraq təbii ki, onun məcburi köçkün statusu ləğv ediləcək. Bunun da nəticəsində məcburi köçkün və onlara bərabər tutulanlara şamil edilən imtiyazlar öz qüvvəsini itirmiş olacaq".

"Report" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, mövcud qanunvericiliyə məcburi köçkünlərlə bağlı dəyişikliyin edilməsi istisna deyil: "Buna zərurət yaranıb.

Şərhlər

t.ədalət 2021-01-08 16:21:42

Bizim Konsitutsiyaya görə vətəndaş yaşayış yeri saeçməkdə sərbəstdir.Kimisə zorla məskunlaşdırmaq doğru deyil.Azad edilən yerlərə könüllü köçənlər çox olacaq.Amma dövlət elə bir iqtisadi sistem qurmalıdır ki,adamlar ailəsini və balarını dolandırmaq əziyyətinə qatlaşmadan yaşaya biləcəyi ünvana tələsməlidir.Yaşayış yerlərini sevdirməyə(güzəıran ehtiyacları olmadan) biliyi və səriştəsi olan rəhbər kadrlara ehtiyac olacaq.Təəssüf ki kiminləsə bağlılığına görə vəzifə tutan savadsızlarla bu işi sürətləndirmək çətin olacaq.

Elman 2021-01-08 15:27:50

Qaçqın deyiləm,sadəcə bizimlə qaçqın işləyir. Gəlib 10 yaşından 30 il vaqonda yataqxanada yaşayıb,keçən il şəhərdən uzaq bir yedə mənzil veriblər. 1 uşağı var o da burada doğulub böyüyüb. İndi bu evi bu tək qadının əlində almaq nə qədər ədalətli qərar olacaq? Dövlətimizin xalqımızın pulu ilə tikilmiş mənzildir. Şayiələr gəzir ki bu mənzillər onlardan alınıb vətən uğrunda döyüşənlərə veriləcək. Ancaq burada başqa yolla da bunu həll etmək olar. Yüz milyonlarla milyardlarla pulu oğurlamış məmurlardan alıb bu məsələni həll etmək olar. Kasıbın əlindən alıb o biri kasıba vermək nə deməkdir? Talanmış milyardlarla həll etmək lazımdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol