“YƏQİN Kİ, NƏCMƏDDİN SADIKOV EV DUSTAQLIĞINDADIR” – Deputatdan sensasiyalı açıqlama

“Nəcməddin Sadıkov vəzifəsindən kənarlaşdırılıb. Özü də müharibə başlayan kimi kənarlaşdırılıb. Görünür, günahları var, ya nələrisə varsa, bunu yalnız dövlətin xüsusi xidmət orqanları, bir də Müdafiə Nazirliyi bilər ki, nəyə görə kənarlaşdırılıb. Ayrı kimsə bilə bilməz. Yəqin ki, Nəcməddin Sadıkov evində, villalarının birində ev dustağıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunları Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun müharibə başlayandan bir neçə gün sonra müəmmalı şəkildə vəzifəsindən uzaqlaşdırılması və yoxa çıxması haqda danışarkən deyib.

Deputatın fikrincə, Baş Qərargah rəisinin müharibə dövründə vəzifəsindən uzaqlaşdırılması ciddi mətləblərdən xəbər verir. “Deməli, səhvləri vardı, ya etibarını itirmişdi, təbii ki, mənim nəzərimcə, ona görə də kənarlaşdırıldı. Onun harada olduğunu mən bilə bilmərəm… Mənim fikrimcə, yəqin ev dustaqlığındadır. Çünki görünmürsə, eləmirsə… Həbs olunsa, mətbuata çıxardı, bir generalın həbs olunmağını gizlətmək olmazdı axı. Yəqin evində, villalarının birində ev dustağı olar. Bunu Müdafiə Nazirliyindən soruşa bilərsiniz ki, sizin o general vardı e, haradadır bəs? Bunu Müdafiə Nazirliyi deyə bilər. Milli Məclisin Müdafiə Komitəsinin üzvü, hətta Milli Məclisin sədri də onun barəsində məlumatsız ola bilər”.

Xatırladaq ki, Nəcməddin Sadıkov müharibə başlayandan az sonra vəzifəsindən uzaqlaşdırılıb. Onunla eyni gündə MN-də yüksək vəzifə tutan general-mayor Aleksandr Vasyak, bir neçə gün sonra isə bacısı oğlu, MN Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov tutduqları vəzəfələrdən azad olunublar.

N.Sadıkov barəsində müxtəlif şayiələr dolaşır və hazırda harda olduğu bilinmir. Müdafiə Nazirliyi də N.Sadıkov barəsində hər hansı açıqlama verməyib.

“AzPolitika”

635x100

Şərhlər

milli 2021-01-11 09:26:27

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü deyilsən??? sorgu ver öyrən

veteran 2021-01-11 00:29:24

Bu nakəs və onun ordunun içinə yeritdiyi satqıların bütün taladıqlarını şəhid ailələrinə,qazilərimizə və ordumuzun əsgər və zabitlərinə sərf etmək ,özlərini isə xalq düşməni elan etməli.Yəqin Bu illər ərzində Milyardlar talayıblar. taladıqlarını əllərindən alıb şəhid ailələrinə, qazilərimizə və ordumuzun qəhrəman Əsgər və zabitlərinə vermək lazımdır

Bəxtiyar 2021-01-10 23:18:58

Deputatın gümanla belə fikir yazması düz deyil

OQTAY 2021-01-10 09:24:12

Allahin qəzəbindən haraya qacacaq?Allahi bilsin.

Amon 2021-01-09 23:33:30

Aleksandr vasyakin ne isi var mudafie nazirliyinde ozde general mayor rutbesinde.aqil abbas necmeddin xaindi ...

NAC. RAZD.SEDRINE 2021-01-09 19:58:09

,,VETERAN,,SIYAVUW YERINI BILIR,... DOSTUDU

VƏTƏNDAŞ 2021-01-09 14:47:32

Haradasa kef çəkir indi....Allah nəhlət eləsin

ejder 2021-01-09 10:19:25

aye doyuwen ,,weref,rewadet ordeni olmayan kasif balalari idi,aye

ayrım 2021-01-08 22:50:50

Aqilsiz Abbas millət vəkili təyin olunandan bu günə qədər hələ dilinə bir doğru söz dəyməyib sənin. Yaqin mənim fikrimcə ev tustağidir boş boş cərəniyirsən söz deyəbilirsən cix kişi kimi mənbəni göstər de bilək nağıl danəşırsan nağılbaz kimi tapaca danişirsan qoca arvad kimi korupsiya müdafiə komitəsinin üzvünə baxın ay millət

ELSAD 2021-01-08 22:00:18

Hesab etmirem ki Mudafie Naziri onun yerini bilir.Cunki muharibe geden zaman ozu de yox kimi idi.Butun meseleleri Ali Bas Komandan hell edirdi...

RR 2021-01-08 21:00:08

30 ilde töredikleri cinayetlere göre bu geniralları ömürlük hebsde saxlayınonların aldığı nefes de milletimize tehlükedir

Son yazılar