Məcburi köçkünlərin tam əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq arzusundadır və bununla bağlı istəklərini ifadə ediblər.
“Trend”-in yaydığı məlumatda bildirilir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
F.Hüseyov bildirib ki, son 25 il ərzində məcburi köçkünlər arasında müxtəlif beynəlxalq təşkilatlar, BMT qurumları, qeyri-hökumət təşkilatları, müxtəlif xarici beynəlxalq təsisatlar tərəfindən, özəl şirkətlər, dövlət qurumları tərəfindən və Vətən müharibəsi zamanı Sosial Tədqiqatlar Mərkəzi tərəfindən sorğular aparılıb.
Onun sözlərinə görə, bu sorğuların yekdil nəticəsinə uyğun olaraq məcburi köçkün və qaçqın soydaşlarımızın mütləq əksəriyyəti, 96 faizindən çoxu öz doğma torpaqlarına qayıtmaq arzusundadırlar.
F.Hüseynov qeyd edib ki, məcburi köçkünlər işğal müddətində öz doğma torpaqlarına qayıtmaq inamı və arzusu ilə yaşayıblar.


Şərhlər
Tam əmin olun ki, QARABAĞA 100% MƏCBURİ KÖÇKÜNLƏRİMİZ QAYITMAĞI ARZU EDİR. ƏLAVƏ OLARAQ BAKI ŞƏHƏR SAKİNLƏRİNDƏN DƏ BÖYÜK QİSİMDƏ BACI QARDAŞIMIZ DA QARABAĞA YAŞAMAQ ÜÇÜN GETMƏK İSTƏYİR. ONLARDAN BİRİ MƏN.
Qaçqınlara verilən mənzillər əllərindən alınmamalıdır. Bu onların 30 ildə çəkdiyi əzab-əziyyətin heç 5 faizi də deyil. Hamısı gedəcək,ancaq mənzillər uşaqlarına nəvələrinə verilməlidir