Bir sıra xarici media orqanlarında ölkəmizin üç şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə xəbərlər yayılıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı "Report"a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illər üçün bu hərəkatın sədridir.


Şərhlər
Bes Rusdar stepanakertde restoran asib ? xoxsa shadliq sarayi ???!!!!
Vaqif Dərgahlı , sen ve Zakir Hesenov, Rusiyada herbi tehsil almish zabitlersiniz ve Daqliq Qarabaqda Rusiya herbi bazasinin olduqunu GIZLETMEK ISTEYIRSINIZ Azerbaycan XALQINDAN, meger, herbi bazanin BUYNUZU OLMALIDIR ki, bu FAKTI, ETIRAF EDESINIZ ?????? AYIBDIR, YALAN DANISHMAYIN........