Menu

İranla Türkiyənin TIR davası güclənir

14.10.2014, 09:38
İranla Türkiyənin TIR davası güclənir

Vergi ödəmələrin 4 dəfə çoxaldan iki ölkənin arasında sanki yarış gedir

İran ilə Türkiyə arasındakı keçid ödəmələrində sərtləşmədə İran vergi silahını çəkib. Daha əvvəl türk tırlarından keçid ödənişi xaricində, litr başına alınan 1 dollarlıq maye yanacaq vergisi 2 dollara qaldırılıb.

ANS PRESS-in məlumatına görə, bu da tır başına 1100 dollar vergi mənasına gəlir.

İranın türk tırlarına uzun zamandır tətbiq etdiyi 750 dollarlıq keçid haqqına, Türkiyədə keçdiyimiz həftələrdə eyni şəkildə cavab verib.

İran da bunun üzərinə keçid qiymətini iki dəfə çoxaldaraq 1500 dollara qaldırıb. Türkiyə tərəfi də bu hücuma eyni şəkildə cavab verincə, İran bu səfər yanacağın litr başına aldığı vergini iki dəfə artırıb. İran ölkəsindən keçən türk tırlarından daha əvvəl litr başına 1 dollar ödəniş alırdı.

Bu da 550 litr baka sahib bir tır üçün 550 dollar vergi mənasını verirdi. Deposu dolu olan bir tır, hər İrana keçməsinə 1500 dollar keçid haqqı ilə yanaşı, bir də 550 dollar vergi vermək məcburiyyətində qalırdı.

Artıq İran 1 dollarlıq vergi rəqəmini, 2 dollara çıxardaraq son zərbəsini endirir. Bu səbəbdən 550 litr anbara sahib bir türk tırı İrandan Türkiyəyə keçdikdə 1100 dollar vergi ödəmək məcburiyyətində qalacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol