Menu

Kolumbiyada güclü yanğın zamanı bir neçə nəfər ölüb, xəsarət alanlar var

10.01.2021, 00:27
Kolumbiyada güclü yanğın zamanı bir neçə nəfər ölüb, xəsarət alanlar var

Kolumbiyanın şərqində baş verən güclü yanğın zamanı azı 7 nəfər həlak olub. Bu barədə “Report” “El Tiempo”ya istinadən xəbər verir.

Məlumata görə, hadisə şərqi Norte-de-Santander departamentinin Kukuta şəhərində baş verib. Alov üç evi və dörd avtomobili əhatə edib.

Yanğın nəticəsində yeddi nəfər hadisə yerində həlak olub, daha dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Hakimiyyət orqanları hadisə ilə bağlı təhqiqata başlayıb. İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.

Kolumbiya Prezidenti İvan Duke özünün tvitterdəki səhifəsində həlak olanların ailəsinə başsağlığı verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol