Menu

Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir

10.01.2021, 09:05
Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir

Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarə üsulu məsələsi ilə əlaqədar referendum keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə TASS-a respublikanın seçkilərin və referendumun keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasında bildiriblər.

"Növbədənkənar seçkilər istənilən seçici iştirakı ilə, amma referendum 30 faizdən yuxarı vətəndaş fəallığı ilə baş tutmuş sayılacaq", - MSK üzvü Gülnarə Jurabayeva bildirib.

Onun sözlərinə görə, birinci turda məntəqələrə gəlmiş seçicilərin yarıdan çoxunun səs verəcəyi namizəd qələbə qazana bilər. İkinci iddiaçılardan heç biri 50 faizdən çox səs yığmasa, seçkilərin ikinci turu keçiriləcək.

Şərhlər

OQTAY 2021-01-10 10:12:59

Sadir Japarov 50,7%!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol