Menu

Ermənilər 5 rayon istiqamətində təxribat törədib

14.10.2014, 09:42
Ermənilər 5 rayon istiqamətində təxribat törədib

Erməni silahlı bölmələri dünən və bu gecə atəşkəsi rejimini ümumilikdə 21 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumatına görə, ermənilər Berd rayonunun Çinari və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərini, Ağdam rayonunun Şıxlar, Şuraabad, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar

Düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol