Menu

Qırğızıstanda prezident seçkilərində Sadır Japarov qalib gəlir (Yeniləndi)

10.01.2021, 20:00
Qırğızıstanda prezident seçkilərində Sadır Japarov qalib gəlir (Yeniləndi)

Qırğızıstanda prezident seçkilərində Sadır Japarov qalib gəlir.  Sadır Japarov Qırğızıstanın dövlət başçısı vəzifələrini icra edən Sadır Japarov seçki məntəqələrinin 90,06%-ində səslərin hesablamasından sonra vaxtından əvvəl keçirilən prezident seçkilərin birinci turunda 79,15% nəticə ilə qalib gəlir.

“Report” xəbər verir ki, bunu respublikanın Mərkəzi Seçki Komissiyasının (MSK) portalında dərc edilmiş son məlumatlar göstərir.

Məlumatlara görə, onun ən güclü rəqibi sayılan Adaxan Madumarov 6,56% səs yığıb.

Ölkənin 90,1% seçki məntəqəsinin məlumatına əsasən Qırğızıstanda prezident modeli ilə bağlı idarə üsuluna referendumda 80,%-dən çox seçisi səs verib. Vətəndaşların 10,83 faizi parlament idarə üsulunu dəstəkləyib, hər iki varianta qarşı səs verənlər 4,41% təşkil edib. 

***

Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarəetmə forması məsələsi ilə bağlı referendum yekunlaşıb. “Report” xəbər verir ki, bu barədə TASS-da respublikanın seçkilərin keçirilməsi və referendum üzrə Mərkəzi Seçki Komissiyasında bildiriblər.

"Axşam saat 20-də (Bakı vaxtı ilə saat 18:00) bütün seçki məntəqələri bağlandı", - komissiyanın nümayəndəsi deyib. Onun sözlərinə görə, seçki məntəqələri yerli vaxtla səhər saat 8-dən (Bakı vaxtı ilə saat 06:00) işləyib. Son məlumatlara görə, seçkilərdə qeydə alınmış 3,56 milyon seçicidən 33,13%-i iştirak edib, referendumda isə bu göstərici 33,08% təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol