Türkiyədə son sutka ərzində 176 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 9138 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 22 807, virusa yoluxanlar isə 2 326 256 nəfərə çatıb. Türkiyədə indiyədək 2 198 150 pasiyent (son sutkada 8103 nəfər) sağalaraq evə buraxılıb.
Qeyd edək ki, son günlər bu ölkədə koronavirusdan ölənlərin və yoluxanların sayında azalma müşahidə edilir.


Şərhlər