Menu

Moskva müharibə zamanı İrəvana 1 milyard dollarlıq silah verib - Erməni mətbuatı

11.01.2021, 14:00
Moskva müharibə zamanı İrəvana 1 milyard dollarlıq silah verib - Erməni mətbuatı

Bu gün Moskvaya səfər edən Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcək.

Ermənistan KİV xəbər verir ki, səfər zamanı Paşinyanın Moskvadan 1 milyard 150 min dollar məbləğində kredit götürməsi gözlənilir.

“Rusiya 44 günlük müharibə zamanı Ermənistana məhz bu məbləğdə silah satmışdı. Rəhbərlik yardımın qarşılıqsız olması barədə xahiş belə etməyib”- deyə hökumətdəki mənbə açıqlama verib.

Beləliklə, Ermənistanın xarici borcu daha 1 milyard dollar məbləğində artmış olacaq.

Şərhlər

Roma 2021-01-11 18:27:03

Rusiya məkrli hiyləgər siyasət yürüdən dövlətdir, onunla düzgün və sərt danışıqlar aparılmalıdır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol