Tuvadan olan və Rostovda xidmət keçən müddətli əsgər Velikom videomüraciətində komandirlərinin onu və Tuvadan orduya çağırılmış daha 4 əsgəri sıxışdırdıqlarından danışır.
«Uşaqları milliyyətinə və Şoyqu adı daşıdıqlarına görə incidirlər» - deyə, «Tayqa.info» nəşri əsgərdən sitat gətirir.
Obyektivlik xatirinə Tuva Respublikasının başçısı Şolban Qara-ool situasiyanı öyrənir.
Bildiyimiz kimi, Rusiya Müdafiə Nazirliyinə elə həmin Tuvadan olan Sergey Şoyqu başçılıq edir.
Göründüyü kimi, Rusiya ordusunda da rus şovinizmi tüğyan edir, biz isə «sülhməramlı» deyib, onların yaxasından yapışmışıq. Qatı şovinistdən sülhməramlı olmaz axı!
Mirzə AĞ
AzPolitika.info


Şərhlər