Menu

Karxanalarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib

12.01.2021, 17:16
Karxanalarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib

“Ötən il 100-dən çox karxananın fəaliyyətini qiymətləndirmişik”.

“Report” xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib.

O bildirib ki, bununla bağlı həm hüquq-mühafizə orqanlarına, həm də məhkəmə orqanlarına müraciət edilib.

S.Qurbanov vurğulayıb ki, İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb və bununla bağlı lazımi hüquqi addımlar atılıb: “Həm dronlarla, həm də yerli müşahidələr zamanı kənara çıxmalar qeydə alınıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol