Menu

“İran Əl-Qaidə terror qruplaşması üçün yeni bir bazaya çevrilib” - POMPEO

13.01.2021, 08:34
“İran Əl-Qaidə terror qruplaşması üçün yeni bir bazaya çevrilib” - POMPEO

“İran Əl-Qaidə terror qruplaşması üçün yeni bir bazaya çevrilib”.

APA TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı Vaşinqtonun Milli Mətbuat Klubunda çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

O bildirib ki, hazırda terrorizmə sponsorluq edən ən böyük ölkə olan İran İslam Respublikası terror ortağı Əl-Qaidənin vətəninə çevrilib. “Bu, Amerikanın kontinental hissəsi də daxil olmaqla, ciddi bir təhlükə yaradır. Deyərdim, İran əslində Əl-Qaidənin fəaliyyətinin yeni coğrafi mərkəzi olaraq yeni Əfqanıstan olub, amma əslində vəziyyət daha pisdir. Əl-Qaidənin dağlarda gizləndiyi Əfqanıstandan fərqli olaraq, indi İran rejiminin möhkəm pərdəsi altında fəaliyyət göstərir”

Diplomat əlavə edib ki, Əl-Qaidənin hazırkı lideri Ayman əz-Zəvahiri hazırda İrandadır.

Şərhlər

Mubariz 2021-01-13 10:16:37

Ay həyasiz və yalançi sionist.Meger Əl Qaideni sizler yaratmadimi?!ISID i H.Klinton ozu etitaf etdiki biz yaratmisiq.Qaide selefi kokenlidir.Axmaq onu nece Iran yarada biler?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol