ƏLİ HƏSƏNOVUN AİLƏSİNƏ MƏXSUS 6 ŞİRKƏT LƏĞV OLUNUR - Siyahı

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

635x100

Şərhlər

t.ədalət 2021-01-13 22:24:48

Əli Həsənov YAP-ın kadrı idi.Onun əməllərindən hamının xəbəri var idi.Jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədlinin gecə-gündüz təbliğ etdiyi Sona xanım Vəliyeva,az qala dünyanın ən məşhur şairəsi idi.Əli Həsənov yığdığını yığıb,xaricdə əmlak piramidası qurub.Bundan sonra deyilənlərin nə xeyri var?

BAKILI 2021-01-13 17:47:18

Bunu hebs etmek lazimdir

ejder 2021-01-13 16:34:37

aye,AYIYA DAYI DEYEN CIXER ARADAN,analoqu olmayan inkiwafdan bezif

Həsən 2021-01-13 15:24:17

Niyə belə hallara zamanında göz yumulur.Cəmiyyətə illərlə ziyan vrmağa imkan verilir? Axı bunlar yetkoililərin gözü önündə baş verirdi.

pensioner 2021-01-13 15:02:36

Şirkətləri ilə bərabər onun özü də ləğv olunmalırır.

Son yazılar