Menu

"Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb" - Müdafiə Nazirliyi

13.01.2021, 18:04
"Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb" - Müdafiə Nazirliyi

Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralandığı barədə Ermənistan KİV-lərində bu gün yayılmış məlumatı Azərbaycan Müdafiə Nazirliyi qəti şəkildə rədd edir.

Bunu "Report"a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Azərbaycan Ordusu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərinə ciddi şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb”, - o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol