ERMƏNİLƏR DƏ MOSKVA GÖRÜŞÜNDƏN NARAZI QALIB – “Putin Azərbaycanın tərəfindədir”

Ermənistanda yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşün nəticələrindən narazıdırlar. Gözləntilər vardı ki, ilk növbədə Qarabağ müharibəsi zamanı və sonra əsir düşən, həbs edilən hərbiçilərin qaytarılması haqqında razılıq əldə ediləcək.

Ermənistanın birinci ombudsmanı, "Hüquqi zorakılıq əleyhinə" qeyri-hökumət təşkilatının rəhbəri Larisa Alaverdya "BBC News Azərbaycan"a bildirib ki, görüş Ermənistan üçün uğursuz olub: "Yanvarın 11-də Nikol Paşinyan, İlham Əliyev və Vladimir Putin arasında danışıqlar zamanı Azərbaycanda saxlanılan, erməni tərəfinin məlumatına görə, təxminən 200 nəfər əsir məsələsi müzakirə olunmayıb. Yeganə müsbət məqam məhz danışıqların aparılması faktıdır. Danışıqlar aparılan halda müharibə olmaz".

Qlobalizasiya və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin rəhbəri Stepan Qriqoryan isə bildirib ki, Ermənistanı hazırda daha çox narahat edən məsələ - əsir və girov götürülmüş insanların buraxılması həll olunmadı: "Digər məsələlərin bizim üçün nə dərəcə aktual olduğunu demək çətindir. Erməni tərəfi üçün daha bir mühüm məsələ - Dağlıq Qarabağın statusu üzrə danışıqların başlanmasıdır. Bu da baş tutmadı. Yolların və kommunikasiyaların açılması məsələləri isə həmişə müzakirə oluna bilən mövzudur və onun nəticələri Ermənistan üçün də faydalı ola bilər. Odur ki, imzalanmış sənəd Ermənistan üçün aktual deyil, və onun bugünkü maraqlarını əks etdirmir".

Stepan Qriqoryan hesab edir ki, Paşinyanın ümid etdiyi məsələlərin Moskva danışıqları əsnasında və ya yaxın gələcəkdə həll olunmasını gözləmək sadəlövhlük olardı.

"Mən elə bilirəm ki, Paşinyan da status məsələsinin danışıqlarda həll olunacağına ümid edirdi. Bu məsələ ilə bağlı mənim gözləntilərim, necə deyərlər, dumanlıdır", - Qriqoryan deyib.

Bunun səbəbinə gəincə, politoloq vəziyyəti Rusiyanın idarə etməsi ilə əsaslandırıb: "Rusiya isə hazırda çox sərt Azərbaycanmeyyli mövqedədir. Bu gün, demək olar ki, Rusiya özünü vasitəçi kimi aparmır, daha çox birtərəfli Azərbaycanın tərəfindədir. Məni bu hal təəccübləndirir. Vladimir Putin də, müharibədən sonra Sergey Lavrov da bu mövqedən çıxış ediblər".

Respublikaçı Partiyasının parlament fraksiyasının üzvü, siyasi icmalçı Karen Bekaryan hesab edir ki, Qarabağ müharibəsində itkilərdən, 10 noyabr sənədi imzaladıqdan sonra Paşinyanın Ermənistanı təmsil etmək, Ermənistanın maraqlarını təqdim etməyə nə mənəvi, nə də siyasi haqqı yoxdur: "Moskva görüşü Prezident İlham Əliyevə Qarabağ müharibəsinin nəticələrini legitimləşdirmək üçün lazımdır. Ermənistan Baş nazirinin danışıqlarda iştirakı isə biabırçılıqdır. İmzalanmış yeni bəyanatın bu insanların taleyinə, həyatına, onları gözləyən ailələrin çəkdiyi əzablara heç bir aidiyyəti yoxdur. İlk növbədə humanitar məsələlər - əsir, girov və başqa saxlanılan şəxslərin, həmçinin, cəsədlərin qaytarılması - həll olunmalıdır. İqtisadi və kommunikasiyaların açılması məsələləri sonra da müzakirə oluna bilər".

Ermənistan Milli Məclisinin müxalif "Zəkalı Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan da Paşinyanın Moskva görüşündə əsir və girovlar məsələsi ilə bağlı heç bir nəticə əldə edilmədiyinə görə tənqid edib.

O, "Facebook" səhifəsində iqtidar tərəfdarlarının Moskva danışıqlarından sonra nikbin ovqatlarına təəccüb etdiyini bildirib: "Moskvada görüşün yekunlarına dair üçtərəfli sənəd dərc olunduqdan sonra bütün iqtidarmeylli KİV-lər böyük sevinclə yeni razılaşmalara əsasən, Ermənistanı İranla və Rusiya ilə birləşdirən dəmir yolunun açılacağını qeyd edirdilər. Baxmayaraq ki, erməni xalqının bu görüşdən bircə gözləntisi olub - hərbi əsirlərin tezliklə qaytarılması haqqında razılaşma. Yenə də Moskvada müzakirələr sırf düşmənin gündəliyinə əsasən keçib və yalnız düşmən tərəfindən qaldırılan suallar ehtiva edən sənədlər imzalanıb".

Müxalif Vətənin Qurtuluşu uğrunda Hərəkatının Baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan Vazgen Manukyan isə hesab edir ki, Nikol Paşinyan Moskvada erməni tərəfin mövqeyini müdafiə edə bilməyib, Azərbaycan tərəfi isə yenə öz istədiyini ala bilib.

O, yanvarın 11-də Moskvada imzalanan üçtərəfli bəyanatı Ermənistanın növbəti biabırçı məğlubiyyəti adlandırıb: "Ermənistan bu görüşdən heç bir müsbət nəticə əldə etmədi, əsirlər məsələsində isə əliboş qalıb. Azərbaycan isə növbəti dəfə istədiyini əldə etdi".

Manukyanın sözlərinə görə, daha əvvəl qəbul olunmuş 9 noyabr birgə bəyanata əsasən, Azərbaycan tərəfi arzuladığından da artığını əldə edib.

"Moskva görüşü və qəbul olunmuş bəyanat bir daha onu sübut edir ki, Nikol Paşinyan Ermənistan və erməni xalqının maraqlarını irəli sürmək iqtidarında deyil. Məğlubiyyət simvolu getməlidir, əks təqdirdə bizim itkilərimiz və alçalmalarımız davam edəcək", - deyə müxalifət lideri vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Cavid 2021-01-17 16:36:54

Putinin Azərbaycanı müdafiə etməsi onun Qarabağa göndərdiyi hərbçilərin hərəkətləri ilə tam inkar edilidiyinə diqqət verilməlidir.Burda ikibaşlı oyun oynayır.Əslind isə ermənistanı dəstəklədiyi onun Ermənistandakı çıxışı ilə təsdiqlənir.

t.ədalət 2021-01-14 18:26:00

Gəlin,belə söhbətlərə inanmayaq.Putin erməniləri,nəinki xilas etdi,həm də olduğundan da artıq onlara status verdiu.İrəlidə bizim bilmədiyimiz planlar var.....

Cəmşid Dərələyəzli 2021-01-14 09:35:08

Gerizəkalı haylar. Hələ də köhnə bayatılardadılar. Guya bu fikir bildirənlərin hər hansı biri Moskovada olsa idi Paşinyandan yaxşı nəticə əldə edəcəkdi. Bir şeyi anlamırlar ki, məğlub devəltin belə görüşlərdə sözü keçərli deyil. Sadəcə sayılması və masada olmas kifayət edir. Yox bir hələ iddiada irəli sürəcəkmiş Paşinyan. Görünən o ki, bu gün erməni xalqının gəlcək varlığının bu coğrafiyada qorunmasını Paşinyan qədər heç bir erməni düşünmür. Digərlərinin fikirləri pafos və zəvzəklikdir. Gedin Rusiyanın dabanını yalayın ki, müharibəni dayandırdı, indi Sədərəyin Kərki kəndindən o tərəfə keçmişdiniz. O da sağ qalsa idiniz. Gerizəkalılar

Roma 2021-01-13 22:20:36

Erməni nankorlarının şüvənliyinə fikir verin, hələ Rusiya bitərəf mövqe tutur bunlar belə təşvişdədirlər. bunlar istəyirlər ki, həmişəolduğu kimi, silah-sursat, tikinti materialları, öndə də olmasa bir qədər geridə rus hərbiçiləri və s. daim bunlara dəstək versin. Mən əminəm ki, bu günkü gündə də, dediklərimi Rusiya bunlara verir. Rus generalı Muradov terrorçu araik kopayoğlunu sinəsinə basıb duz kimi yalayır, xeyir ola?...

Xalq 2021-01-13 20:54:40

Əgər Azərbaycan istədiyini alsaydı Xankəndində 50 min erməni və "dqr"-in 20 minlik quldur dəstələri olmazdı və Xocalı, Xocavənd, Ağdərə bizdə olardı!

Son yazılar