Menu

Qubada da Polad Həşimovun adı küçəyə verildi - FOTO

13.01.2021, 18:41
Qubada da Polad Həşimovun adı küçəyə verildi - FOTO

Quba şəhərinin adsız küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib. Modern.az-ın məlumatına görə, şəhid general-mayorun adını bildirən lövhə artıq həmin küçəyə vurulub.

Qeyd edək ki, General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Ona 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adı verilib.

Şərhlər

Xalq 2021-01-13 20:57:10

Allah şəhidimizə rəhmət eləsin! Qəbri nurla dolsun! Allah bütün şəhidlərə rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol