Səhər saatlarında Yer kürəsinin müxtəlif nöqtələrində güclü zəlzələlər qeydə alınıb.
Avropa.info-nun xarici KİV-ə istinadən məlumatına görə, Yeni Zelandiyada Fakatane şəhərinin şimalında Rixter şkalası ilə 6,4 bal gücündə təkanlar qeydə alınıb. Bundan bir az əvvəl Əfqanıstanda 5,8 bal gücündə zəlzələ baş verib.
Salvadorda isə təkanların şiddəti hamısından güclü olub. 7,4 bal. Zəlzələnin episentri Çirilaqua şəhərinin 81 kilometr cənubunda qeydə alınıb. Ölən və yaralılar haqda hələki məlumat yoxdur.


Şərhlər