Vətən müharibəsində itkin düşən daha bir əsgərin şəhid xəbəri gəlib. Bu barədə Oxu.Az-a əsgərin qardaşı Cavad Bayramov məlumat verib.
O bildirib ki, ötən gün qardaşı Cəlal Bayramovun şəhid olduğu ilə bağlı xəbər alıblar: “Hazırda Füzulidəyik. Qardaşımın şəhid olduğu xəbəri gəldi. Bu gün Saatlı rayonu Çoplu kəndində torpağa tapşırılacaq”.


Şərhlər
Allah şəhidimizə rəhmət eləsin!