ƏLİ HƏSƏNOVDAN SƏFƏRLİNİN HƏBSİNƏ REAKSİYA - "Mən bu barədə..."

"Mən Vüqar Səfərlinin saxlanılması haqqında danışmaq istəmirəm. Bu barədə açıqlama vermək niyyətim yoxdur".

Bunu "AzPolitika.info"-ya Prezidentin keçmiş köməkçisi, prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənov bildirib.

Xatırladaq ki, bu gün ləğv olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş sədri Vüqar Səfərli həbs edilib. Onun barəsəində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanıb.

Ehtimal var ki, bu cinayət işi üzrə həbslər davam etdirləcək, KİVDF ilə əlaqələri olan keçmiş dövlət məmurları, o cümlədən Fondun fəaliyyətini kurasiya etmiş Əli Həsənov da məsuliyyətə cəlb edilə bilər.

Məlumatlara görə, jurnalistlər üçün binalar inşa edən "Protoks" MMS-nin 51 faizi onun yaxın qohumlarından birinə məxsusdur. Prokurorluğun yaydığı məlumata görə, bu şirkət vasitəsi ilə külli miqdarda dövlət vəsaiti mənimsənilib.

"AzPolitika.info"

635x100

Şərhlər

Vuqar 2021-01-17 23:24:09

Belelerini-ele-cezalandirmaq -lazimdirki-o-birilere-kork-olsun!

Kamil 2021-01-17 16:33:11

Səfərlidən öncə Əli Həsənov həbs edilməli idi.Çünki Səfərlini Əli Hsənov idarə edib.

Veteran 2021-01-16 00:42:51

Bu gədələrin ikisi də damda olmalıdır.Qurdalasalar şox yaltaq və saxta jurnalist deyilən üzəduranlar tutulacaqlar

RT 2021-01-15 17:55:28

Men indiye kimi, anlamiram . Ne vaxta kimi , bu memurlar , xalqin pulun yeyib daqidib qiraqda qalacaqlar? Kimisi xarice qedir kimisi burda qalir , cesasis. Yeqin bizde bele qanun var!!! ( yazilmayan qanunlar) hec birininde oqullari veten mûharibesinde ishtrak etmediler! Bilesiz !!!

Jurnalist 2021-01-15 02:13:41

Əli Həsənov qabiliyyətsiz, bacarıqsız, savadsız kadrları cəmiyyətə, mediaya, dövlətə sırıdığı üçün gəlsin cavab versin. Ən böyük cinayət elə onun qəsdən səhv kadr siyasətidir. Bəs bu 20 ildə qabiliyyətli, sadiq, iş bacaran, savadlı, məsuliyyətli YAP üzvlərini məhv etdiyinə görə, onları irəli getməyə qoymadığına görə Əli Həsənovun və onunla əlbir olan məmurların, YAP başçılarının əvəzinə xalqın bu cür oğullarından kim üzr istəyəcək. Ayıblar olsun sənə, Əli Həsənov. Burada sənə qaçmağa imkan yaratsalar da,Allahın cəzasından qaça bilməyəcəksən. yəqin

Shahin 2021-01-15 01:37:54

Bu cinayət işində media kapitanları hesab edilən kənarda qalmamalıdırlar. İllər ərzinə u talancılar dövlət vəsaitini dədə malı kimi bəlüşdükləri kimi məsuliyyətləri də tən olmalıdır. Onlarinda bashinda Rauf gelir. Eli Hesenovun ve quldur Vusalin Ruporu olan hal-hazirda kende goyun saxlayan Hesret haradasan sesin

Cəmşid Dərələyəzli 2021-01-14 22:43:30

Təbii ki, Əli müəllim Vüqar haqqında susacaq. Əksinə, yəqin ki, Vüqar hüquq mühafizə orqanlarına Əli müəllim haqqında danışmamış deyildir. Əli Həsənovun çətəsinin üzvü olan Vüqar kimiləri maddi tərfdən çox mənəvi cəhətdən də bu ölkəyə 20 ildən çox zərər vurdular. Yetmədi son üç ildə onlar trolları vasitəsi ilə ölkəni döyüş poliqonuna çevirib, Ölkə Başçısını xaricdən söydürməklə məşqul oldular. Ona görə də Əli Həsənov başda olmaqla bütün o çətə üzvləri müyyən edilərək qanun qarşısında cavab verməlidirlər ki, yeni gələnlərə də bir dərs olsun.

Roma 2021-01-14 19:42:23

Əli Həsənov törətdiyi maxinasiya əməllərinə görə cavab verməlidir və cəzasını almalıdır, necə ki, "Dövləti sarsıdan səbəblərdən biri kimi, cinayətkarın cəzasız qalmasıdır", deyimidir...

ayrım 2021-01-14 19:37:02

Bu cinayət işində media kapitanları hesab edilən kənarda qalmamalıdırlar. İllər ərzinə u talancılar dövlət vəsaitini dədə malı kimi bəlüşdükləri kimi məsuliyyətləri də tən olmalıdır.Dəələrlə adi cəkilənlərdən də artıq media ücün əziyyət cəkənlər kənarda qalanda onlar süfrə başında yağlı tikələrə sahib olublar.

Roma 2021-01-14 18:40:18

Xalqın canına, qanına daraşıblarmış ki, bunlar, araşdırsan vaxtilə kasıbın biri olublar, əllərinə imkan düşən kimi görün neynəyiblər. Axı kitab passajını Əli Həsənov kimi birisi necə özəlləşdirib və aybaay oradan icarə pulları yığaraq, milyonerə çevrilib...

Son yazılar