Menu

Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn edilib

14.01.2021, 19:03
Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn edilib

Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi Afiq Həsənov dəfn edilib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Azərbaycan Ordusunun müddətdə artıq xidmət edən hərbi qulluqçusu, 1999-cu il təvəllüdlüAfiq Namiq oğlu Həsənovun nəşi Qusar rayonuna gətirilib. Şəhid doğulduğu Böyük Muruq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid A.Həsənov ötən ilin oktyabr ayında ailəsi ilə sonuncu dəfə telefon əlaqəsi saxlayıb. O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!

Şərhlər

Xalq 2021-01-14 21:39:02

Allah şəhidimizə rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol