"QARABAĞA SƏFƏRLƏRƏ AZƏRBAYCAN İCAZƏ VERMƏLİDİR!" - “Rusiya rəsmilərinə "siz sülhməramlısınız, qərar verməyin məsuliyyəti sizdə deyil” dedik"

“Birgə Monitorinq Mərkəzi üçün yer müəyyən edilib, konteynerlər gəlib, tikinti başlayıb. İlk mərhələdə eyni sayda – 60 türk, 60 rus hərbçinin olacağı bir mərkəz qurulur”. Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Pakistan səfərindən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mərkəz Ağdamda yerləşir. Təmas xəttinə təxminən səkkiz kilometr məsafədədir. Azərbaycanlılar da məmnundur. Əsgərlərimiz də artıq getməyə başlayıb. Bura böyük bir qərargah deyil, monitorinq mərkəzi olacaq. Gələcəkdə ehtiyac olarsa, Azərbaycanla ikitərəfli anlaşma edərək, lazımı dəstəyi hər zaman verə bilərik. Biz, həmçinin Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşma imzalanması üçün Moskvanı da təşviq edirik” - deyə Cavuşoğlu bildirib. 

Türkiyə XİN rəhbəri həmçinin Qarabağda Rusiya sülhməramlılarının sayının üçtərəfli birgə bəyanatda göstəriləndən çox olması iddialarına da cavab verib: Bu barədə Azərbaycandan bir şikayət gəlməyib. Əsas məsələ Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçidlərə icazə vermək roludur. Halbuki bunun üçün Azərbaycandan da icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hansısa status-kvo təyin olunsa belə, yenə Azərbaycan sərhədləri daxilində olacaq. Ona görə də, Rusiya rəsmilərilə görüşdə Azərbaycandan icazəsiz bunların edilməməli olduğunu bildirdik. “Siz sülhməramlı olaraq varsınız, kimlərin gedib-gələcəyi barədə qərar verməyin məsuliyyəti sizdə deyil” dedik”.

Türkiyəli nazir, eyni zamanda Naxçıvana açılacaq dəhlizlə bağlı hər-hansı bir problemin olmadığını da vurğulayıb“Heç bir problem yoxdur. Moskvadakı Rusiya-Azərbaycan-Ermənistan zirvəsində də bu təsdiqlənib”.

635x100

Şərhlər

Eli 2021-01-17 21:32:29

Bizim Hörmetll XİN nazirinin qulağına niye kimse “kimse” “pıçıldamır”ki ,ay hörmetli xalq senin mövqeyini bilmek isteyir dillen da.Tehsil naziri kimi fealiyyetin melumdur infi de be en vacib meqamda bir dillen da ay Allah kömeyin olsun.

Eli 2021-01-16 22:05:47

Başda Sayın Erdoğan olmağla Çavuşoğlu da Hulusu Akar bey de ,diger Türkiyyenin dövley ve hökümet xadinleri tutduqları vezifeleri şereflendirirler neinki vezife onları çünki onlar Ulularınddn ele terbiyye alıblar.Allah hamısını bütün Türk qardsşlarımızı qorusun İnşaallah!

oxucu mesleheti 2021-01-16 17:20:03

Xalqin reyini bilmek lazimdir, Xalq ile daima meslehetleshmek lazimdir, Xalqin teleblerini icra etmek lazimdir, Konstitusiyanin teleblerinin icrasini daima temin etmek lazimdir, bu deyilenler hokumete unvanlanib. Hokumet terkibinde choxlu sayda anti - Azerbaycan, anti - milli memurlar vardir, bu memurlar mesuliyyete celb olunmalidirlar. Hokumet musteqil ve cesaretli qerarlari ile olkenin erazi butovluyunu temin etmelidir.

Vətəndaş 2021-01-16 07:44:54

erməniyə status hətta mədəni muxtayiyət verilməsi növbəti faciyə ola bilər.Mədəni muxtariyyəti dəqir araşdıranda görürsən ki poçti siyasi muxtariyətdir. Yəqin ki Putun necə istəyir elə olacaq. Biz də ço sözəbaxan olmamalı dirənib buna yol verməməliyik

.EJDER 2021-01-16 01:09:07

HALAL OLSUN TYRK ABILERIMIZE

Veteran 2021-01-16 00:38:16

Tamamilə razıyıq.Azərbaycan xalqının 99.9%-i Sizin kimi düşünür.0.1%-ini isə ruslarla birlikdə iti qovan kimi qovacağıq. Əks halda cəhənnəmə vasil edəcəyik.

Vətəndaş 2021-01-15 22:40:02

O status-kvo ifadəsini olmalı deyil

Son yazılar