Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə çay süfrəsinə qonaq olublar.
"Report" xəbər verir ki, dövlət başçısı deyib:
"Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!".


Şərhlər
Afiyyət olsun cənab Prezident. Bu sevinci, bu qüruru ki, bizə yaşatdığınız üçün çox yaşa. Bu tarixi Azərbaycan xalqı əbədiyyən unutmayacaq. Alnımızda qara ləkə, bükülmüşdü belimizi. 32 ildir düşən papağımızı başımıza qaytardınız, on minlərlə şəhid ruhlarını şad etdiniz. Və bir də bir daha sübut etdiniz ki, bəli bu vətənin bir nömrəli vətənpərvərisiniz Siz. Döyüşdə olduğunuz kimi, masada da heç kimdən, heç bir gücdən çəkinmədiniz. Biz bunu gördük, biz bunu hiss etdik. Tanrı Sizi qorusun.
İndi hamı Şuşaya getməyə can atır.Şuşa bizim milli özünə qayıdışımız olacaq.