Menu

Azərbaycan kərə yağı idxalını 20 %-ə yaxın artırıb

16.01.2021, 16:06
Azərbaycan kərə yağı idxalını 20 %-ə yaxın artırıb

Ötən il Azərbaycan 82,6 milyon ABŞ dolları dəyərində 16,8 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 11 milyon ABŞ dolları (15,4 % ) və 2,8 min ton (19,8 %) çoxdur.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,52 %-ni təşkil edib.

Şərhlər

t.ədalət 2021-01-16 22:27:45

Kərə yağı istifadə edənlər koronavirusa yoluxmurlar.Azərbaycanda satılan günəbaxan və zuytun yağları da kimyəvi qarışıqdan hazırlanır.Ümumiyyətlə,öz sağlamlığınızı qorumaq istəyirsinizsə Azərbaycanda istehsal olunan duru yağlardan kənar durun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol