Menu

Fransada hava təhlükəsi elan olunub

16.01.2021, 16:08
Fransada hava təhlükəsi elan olunub

Fransanın orta və şimal regionlarına aid 32 departamentində gözlənilən qar və çovğunla bağlı ikinci - naringi təhlükə elan olunub. “Report” xəbər verir ki, bu barədə “Meteo France” dövlət xidməti açıqlama verib.

“Bu gün səhərdən ölkənin əksər hissəsində havanın mənfi hərarəti müşahidə olunur. O cümlədən Yuxarı Normandi bölgəsində, paytaxt Parisin yerləşdiyi İl de Frans bölgəsinin qərbində qar yağıb”.

İl de Frans bölgəsi ərazisində 15 sm-dək qar yağacağı qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol