Menu

Yeni sinif açmaq üçün rüşvət... - Kəlbəcər məktəblərinin birində rüşvət yığılmasına dair video yayıldı

16.01.2021, 16:27
Yeni sinif açmaq üçün rüşvət... - Kəlbəcər məktəblərinin birində rüşvət yığılmasına dair video yayıldı

Sosial şəbəkələrdə məktəblərin birində rüşvət toplanmasına dair video yayımlanıb.

“AzPolitika.info” xəbər verir ki, videonun nə zaman çəkildiyi məlum olmasa da, hadisənin orta məktəblərin birində baş verdiyi və bir qadın tərəfindən siyahı üzrə pul toplandığı görünür.

Həmin videonu müşaiyət edən məlumatda iddia olunur ki, pul yığılmasına dair kadrlar Kəlbəcər rayon 2 Saylı Tam Orta Məktəbinə aiddir.

Qeyd edilir ki, siyahı üzrə valideynlərdən yığılan pul məktəbdə yeni sinif açılması üçün rüşvət olaraq toplanıb və məktəb direktoruna, eləcə də Kəlbəcər rayon Təhsil Şöbəsinə çatıb.

Məlumatda həmçinin bildirilir ki, sözügedən məktəbin direktoru Azad Əsgərov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun qohumudur. Onun C.Qurbanovun bibisinin kürəkəni olduğu idia edilir.

Qeyd edək ki, Kəlbəcər rayon 2 Saylı Tam Orta Məktəbi Gəncə şəhərində yerləşir. Videonun məhz həmin məktəbə aid olub-olmadığını isə yəqin ki, hüquq-mühafizə orqanları araşdıracaq.

“AzPolitika.info” məlumatda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırdır.

Tahir

“AzPolitika.info” 

Şərhlər

Veteran 2021-01-21 11:08:34

Həmin direktorun köpünü alıb,təcili Kəlbəcərə at-eşşək saxlamağa göndərmək lazımdır.Bizə lazım olacaq.

Rehman feyziyev 2021-01-17 08:19:18

Cavidin qohumu yeyirse cavid de yeyir

Roma 2021-01-16 20:25:50

Təhsilə bu qədər rüşvətin, korrupsiyanın sirayət etməsi çox pis haldır və güman edirəm ki, qarşısının alınması çox çətindir...

Mehdi 2021-01-16 17:56:59

Kəlbəcər məktəblndə ruşvət ayri dey.Guya o biri mekteblerde her sey dubpeduzdu,birce Kəlbəcər mektebindedi rusvet.Azerbaycanda butun mektebler o gundedir vallahda billahda.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol