Menu

Pensiya və müavinətlərə ayrılan vəsait nə qədər artırılır?

14.10.2014, 12:26
Pensiya və müavinətlərə ayrılan vəsait nə qədər artırılır?

2015-ci il dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin (əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması üzrə xərclərin cəmi) xüsusi çəkisi 27,6 faiz olmaqla, 2014-cü illə müqayisədə 1,1 faiz-bənd artmışdır.

“Marja” xəbər verir ki, bu barədə 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatında deyilir.

Mütləq ifadədə bu məqsədə 5 milyard 826,4 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilə nisbətən 489,2 milyon manat və ya 9,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 920 milyon manat və ya 18,8 faiz çoxdur.

Sosialyönlü xərclərə ayrılan 5 milyard 826,4 milyon manatın 3 milyard 452,4 milyon manatının əmək haqlarına, 1 milyard 845 milyon manatının təqaüdlər və sosial müavinətlərə, 319,7 milyon manatının ərzaq məhsullarının alınmasına, 209,3 milyon manatının dərman və sarğı ləvazimatlarının alınması yönəldilməsi nəzərdə tutulur.

CÜZİ ARTIR

Təqaüdlər və sosial müavinətlərə ayrılan xərclər 2014-cü ilin proqnozu ilə müqayisədə cəmi 24,7 milyon manat çoxdur. Əmək haqlarına ayrılan xərclər isə 2014-cü ilin proqnozu ilə müqayisədə 417,7 milyon manat çoxdur.

2014 və 2015-ci ildə dövlət büdcəsi xərclərinin tərkibində sosialyönlü xərclərin istiqamətləri

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol