Qara dəniz sahillərində batmış Rusiya gəmisinin azı 2 üzvü həlak olub. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Bartın vilayətinin qubernatoru Sinan Güner bildirib.
"Batan gəminin göyərtəsində 13 nəfər olub. Onların hamısı Rusiya vətəndaşlarıdır. Hazırkı ana qədər 5 nəfər xilas edilib, iki nəfərin meyiti aşkarlanıb", - o deyib.
Qubernatorun sözlərinə görə, hazırda daha 6 nəfərin xilas olunması əməliyyatı davam etdirilir.
***
Türkiyə Rusiyanın Qara dəniz sahillərində batmış gəmisinin 3 heyət üzvünü xilas edib. "Report" xəbər verir ki, bu barədə Bartın əyalətinin qubernatoru Sinan Güner bildirib.
"Batmış Rusiya gəmisinin 3 heyət üzvü xilas edilib", - qubernator deyib.
***
Türkiyə Qara dəniz sahillərində batmış Rusiya gəmisinin ekipajının 15 üzvünün xilas edilməsi üzrə əməliyyat keçirəcək.
“Report” xəbər ki, bu barədə Bartın əyalətinin qubernatoru bildirib.
Qeyd edilir ki, Türkiyə hadisə zamanı həlak olanlar barədə məlumata malik deyil.


Şərhlər
Qubernator yox vali.