Menu

Lavrov Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinə münasibət bildirib

18.01.2021, 15:06
Lavrov Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinə münasibət bildirib

“Bütün razılaşmalarda, hər şeydən öncə 9 noyabr bəyanatında Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi ilə Ermənistanla Dağlıq Qarabağ arasındakı əlaqənin təmin olunacağı əksini tapıb”.

Bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında APA-nın Moskva müxbirinin “Azərbaycan tərəfi Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfər etməsinə etiraz edir. Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfəri zamanı niyə Azərbaycan tərəfindən icazə alınmır? Rusiya sülhməramlıları bu məsələni necə nizamlayacaq” sualına cavabında deyib.

S. Lavrov bildirib ki, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni heç kim heç vaxt inkar etməyib: “Məhz buna görə Laçın dəhlizi konsepsiya kimi heç kim tərəfindən inkar edilməyib. Ona görə də bu, azərbaycanlı qonşularımız da daxil olmaqla bütün tərəflərin razılığının predmetidir. 9 noyabr bəyanatında Laçın dəhlizinə paralel olaraq yeni dəhlizin, eyni zamanda Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhlizin yaradılması əksini tapıb. Ermənistan rəsmiləri Dağlıq Qarabağdakı humanitar fəaliyyətə cəlb olunub. Ona görə də bu əlaqələrə mane olmaq üçün bir səbəb görmürəm”.

Şərhlər

buzovnali 2021-01-18 18:39:25

Sifarişli yazilar yazmaqdansa istər sizin istərsə də dövlət başcilarinin reaksiyasini ğözləyirik. Rusiyadan xoxan düzəldənə lağ tləmək asandir. Amma Rusiyaya söz demək cətin.

Cəmşid Dərələyəzli 2021-01-18 17:34:56

Cənab Prezident Qarabağda 44 günlük qələbədən sonra Xankəndində Rusiya Sülhməramlılarının (hərçənd ki, statusları razılaşdırılmayıb belə) davranışlarından dolayı orada gedən proseslərlə bağlı bildirdiyiniz fikirlər və bunula bağlı göstərmiş olduğunuz səbr başa düşüləndir. Lakin artıq Rusiyanın davranışları və bəzi Rus yetgililərin bu qonudakı bəyanatları əndişə doğurmaya bilmir. Belə ki, bu günə kimi Rusiyanın Xankəndindən Ermənistan silahlı qüvvələrini çıxarmaması, Ermənistan yetgililərinin Xankəndinə gəlişlərini durdurmaması, mənşəyi bəlli orlmayan ermənilərin oraya daşınması və bu günə onların sayının 50 minə çatdırması (mətbuatdan) Azərbaycan ictimayətində narahatlığı artırmışdır. Nəhayyətdə Rusiyanın bu amacı deşifrə olunmalı və Rusiyaya dərhal dur deyilməlidir. Bu belə devam edilə bilməz. Onsuz da Rusiyanın niyəti ortada. Məqsəd ara isinənə kimi orada ermənilərin bəlli sayını bəlkə də yüz minə çatdırıb, sonradan öz niyətini onların dili ilə diqtə etməkdən ibarətdir. Derhal məsələ gündəmə gətirilməli, Azərbaycanın iştirakı ilə oraya gətirilənlərin və orada yaşayanların sənəd təftişi aparılmalı, 1988-ci ildən sonra Xankəndinə (daimi vətəndaşların artımından doğulanlar istisna) aid olmayan ermənilər oradan çıxarılmalıdır. Düşünürük ki, Azərbaycanın təşəbbüsü ilə Türküyə öz diplomatik əlaqələrini gücləndirib bu məsələni Putinin masasına yatırmalı və həm də Sülhməramlının statusunu razılaşdırmalıdırlar ki, Rusiya yalnız ona aid işlərlə məşqul olsun. Cənab Prezident bir daha əmin olmanızı istəruk ki, xalqımız bu məsələdə Sizi ilk gündən necə dəstəkləmişdirsə, indi də bu yöndə atdığınız hər bir addımda yanınızdadır, arxanızdadır. Çünki, xalqın güvəni Sizə tam. Tanrı yardımçınız olsun.

Xalq 2021-01-18 17:31:10

bunun dediyindən belə çıxır ki, vətən müharibəsi olmayıb və biz müharibədə udmamışıq, ancaq bu sarı qulaqlar bir güllə də atmadan gəlib bizə əmr verirlər!

RT 2021-01-18 17:19:18

Yani ne deyir ? Deyir ki, qarabaqa kim isteyir oda qelib qede biler . Azeriler kimdiki shert qoyur ortaya ! Adam bunu dedi ( tam wilaq asdim cixishna )

Müfəttiş 2021-01-18 15:17:37

Bu da cavab....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol