Menu

117 milyon ayrılıb, institutlarda tədqiqat aparılmır... - AMEA-da təftişlərə başlanıldı

18.01.2021, 15:35
117 milyon ayrılıb, institutlarda tədqiqat aparılmır... - AMEA-da təftişlərə başlanıldı

“Bu il AMEA-ya 117 milyon manat vəsait ayrılıb".

APA-nın məlumatına görə, bunu mətbuat konfransında AMEA-nın akademik-katibi Adil Qəribov deyib. O bildirib ki, bu məbləğin də 81-82 faizi institutların işçilərinin əmək haqqına ayrılıb: "Qalan vəsait isə qurumların gündəlik tələbatlarına sərf olunacaq. Belə getsə, akademiyanın gələcək inkişafından söhbət etmək çox çətin olar. Son illərdə akademiyaya 50 milyonluq qrantlar ayrılıb. Bunlarla müxtəlif cihazlar alınıb. Bu cihazlardan səmərəli istifadə faizi heç 20 faizdən artıq deyil. Bu cihazlar ya işlək vəziyyətdə deyil, işlək olanların isə istifadə əmsalı çox aşağıdır. 10 ilin nəticələri göstərir ki, bir neçə institut istisna olmaqla, digər institutlar tərəfindən tədqiqat aparılmır. Bunun ölkənin iqtisadi və ya digər heç bir durumu ilə əlaqəsi yoxdur".

A.Qəribov qeyd edib ki, akademiyanın gənclərə ehtiyac var: "İnstitutlarda gənclərin faizlə sayı 10-20 faizdən çox deyil".

Akademik-katib bildirib ki, elmin təşkilində də boşluqlar var: "Buna görə akademiyanın elmin normativ hüquqi bazası yenilənməsinə böyük ehtiyac var. İndi akademiyada islahatlar həyata keçirilir. Bunlar bir neçə istiqamətdədir".

A.Qəribov vurğulayıb ki, akademiyada iki direktor vəzifəsi təsis olunub, bunlar baş və icraçı direktorlardı: "Bu islahatlar hələ başlanğıc mərhələdədir. Normativ hüquqi sənədlərin və Akademiyanın Nizamnaməsinin də işlənməsi məsələsi olacaq. Hazırda Audit şöbəsi tərəfindən akademiyanın qurumlarında təftişlər aparılır. Bəzi qurumlarda böyük nöqsanlar var. Korrupsiya məsələsi yoxdur, bunu biz qiymətləndirə bilmərik. Çatısmazlıq olan qurumların direktorları işdən azad olunur, hələ ki, bu, bir institut timsalındadır. Bu, o demək deyil pul mənimsənilib, sadəcə vəsait düzgün sərf olunmayıb".

Şərhlər

Cahangir 2021-01-18 18:21:35

Bura qocalar evi və bacarıqsız gənclərə priyut verən idarədir.İnanmayanlar onlarn yaş,hansı bölgə vətəndaşları olmasına və fəaliyyət nəticələrinə diqqət etsin.btərkibinə,onların hansı bölgənin şəxsləri olduğuna,yaş və nəticələrinə dib

Professor 2021-01-18 17:52:22

Nədər Akademiyada regionçuluq ,qohumbazlıq,tayfabazlıq hökm sürür,orada fundamental tədqiqat,nəticə gözləmək mümkün deyil.Akademiyanı bir qrup şəxs sahki özəlləşdirib.Ehtiyacdan xeyli artıq işçilər toplanıb ki, onların fəaliyyətləri ya tamamiə sıfırdır və ya pokazuxadır. Akademiyada ciddi reviziya aparılmalı,artıq,lazımsız və perspektivsiz əməkdaşları ixtisar etmək vacibdir.Hər bir elmi işçi üçün normativ fəaıoyyət dərəcəsi müəyyən edilməli.Buna cavab verməyənlər ixtisar olunmalıdırlar.Yalnız belə halda Akademiyadan fayda gözləmək olar.kanonitajıyuyn

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol