Menu

Pandemiya ilinin xarici ticarət statistikası - Neft-qaz ixracatı 5.8 milyard dollar azalıb

18.01.2021, 16:28
Pandemiya ilinin xarici ticarət statistikası - Neft-qaz ixracatı 5.8 milyard dollar azalıb

"Ötən il xarici ticarətdə böyük azalma qeydə alınıb, əsas səbəbi neft ixracı və dövlət idxalının kəskin azalmasıdır".

Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, qeyri-neft ixracında təxminən 100 mln. dollar (5,3%) azalma olub. "Amma neft-qaz ixracatı 5.8 mlrd. dollar (33%) azalıb. 2019-da neftin orta qiyməti 65 dollar, 2020-də 45 dollar ətrafında olub. Qiymətdəki hər 10 dollar ucuzlaşma neft-qaz ixracını təxminən 2.9 mlrd. dollar (hər 1 dollar 290 mln. dollar) azaldıb", - deyə ekspert qeyd edib.

R.Ağayev bildirib ki, idxal 2.9 mlrd. dollar (22%) azalıb. Dövlət idxalı isə 2.3 mlrd. dollar (2.3 dəfə) kiçilib. Qeyri-dövlət idxalında azalma cəmi 600 mln. dollar (6,3%) təşkil edib.

"Gömrük sisteminin büdcəyə ödənişləri cəmi 470 mln. manat (11%) azalıb. Amma bununla belə vergi ödəmə əmsalı xeyli yüksəlib. Belə ki, 2019-da büdcə ödənişlərinin idxalın dəyərinə nisbəti 18,9% idisə, 2020-də 21,6% olub. Yəni 1 il əvvəl hər 100 dollarlıq idxaldan 18,9 dollar büdcəyə daxil olmuşdusa, 2020-də 21,6 dollar alınıb", - iqtisadçı vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol