Menu

Rusiya Azərbaycana 5 milyard dollarlıq silah göndərəcək

14.10.2014, 13:20
Rusiya Azərbaycana 5 milyard dollarlıq silah göndərəcək

Rusiyanın 2014-cü ildə Azərbaycana verdiyi hərbi silah-sursatın həcmi 5 milyard dollara çata bilər. Modern.az xəbər verir ki, bu haqda “Kommersant” qəzeti yazıb.

Mənbənin verdiyi məlumata görə, Azərbaycan “Bal-E” sahil raket kompleksinə də maraq göstərir. Qəzet xatırladır ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu oktyabrın 13-də Bakıda prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşüb.

“Kommersant” qeyd edir ki, Şoyqunun səfəri Xəzəryanı dövlətlərin sammitinin nəticələrini möhkəmləndirər, eləcə də Ermənistanın Avrasiya İttifaqına qoşulması ilə bağlı Rusiya-Azərbaycan əlaqələrindəki neqativ əlaqələri yoluna qoya bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol