Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov media və sosial şəbəkələrdə barəsində yayılan xəbərlərə münasibət bildirib.
Xatırladaq ki, bu gün bəzi saytlarda və sosial şəbəkələrdə onun xarici ölkələrin birindən tutuluraq Azərbaycana gətirildiyi barədə xəbər yayılıb.
"AzPolitika.info" xəbər verir ki, "Facebook" səhifəsində açıqlama yayan Ə.Həsənov Bakıda olduğunu və istintaqa cəlb olunmadığını bəyan edib. "Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yaradıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar", - keçmiş şöbə müdiri qeyd edib.
Maraqlıdır, Əli Həsənov bu qədər həngamədən sonra həqiqətənmi istintaqda sorğulanmayıb? İnandırıcı deyil...
"AzPolitika.info"


Şərhlər
Belələrini cırıq salvarda gəldikləri günə salmaq lazıdır..
Əli Həsənova məsləhətdir ki,xəstəliklə-filanla özünü yormasın......Sonda heç bir cəza gözləmir.Keçmiş vergilər naziri Fazil Məmmədov da çırpışdırdığı pullara görə bir az narahatlıq keçurdi.İndi rahat oturub evində oğurladıqlarını yerbəyer etməklə məşğuldur.
Bunun müalicəsi evdə yox,lazaretdə daha effektli nəticə verər.
ALLAH-TƏALA HƏZRƏTLƏRİ DİLİNDƏN-DİNİNDƏN ASILA OLMAYARAQ BÜTÜN BƏNDƏLƏRİNƏ RƏHM ETSİN, BÜTÜN XƏSTƏLƏRƏ ŞƏFA VERSİN, TƏKCƏ SƏNDƏN SAVAYI.Seyid
İnşallah bir gün sorğulanarsınız.
Inwaallah sorgulayarlar