RUS SÜLHMƏRAMLILARININ YENİ “TAMAŞASI” – Ermənilər yolu bağladı, rus general “Artsax” dedi (VİDEO)

Ötən gün Ermənistan mətbuatında və sosial şəbəkələrdə Qarabağdakı Drmbon kəndi istiqamətində ermənilərin avtomobil yolunu bağlayaraq, ultimatum irəli sürdüyünə dair xəbər və video yayılıb.

“AzPolitika.info” xəbər verir ki, bu “dinc aksiya”ya dair videoda bir dəstə erməninin rus sülhməramlılarının müşayiətilə Ağdərə-Kəlbəcər yoluyla hərəkət edən Azərbaycana aid avtomobil karvanının qarşısını kəsməsi əks olunur. Videodakı “etirazçılar” bu ərazidən Azərbaycana aid tikinti materialları və digər yüklər daşıyan avtomobillərin hərəkətinə qarşı çıxırlar. Və tələb edirlər ki, əgər Azərbaycan bu yoldan istifadə edirsə, onda ermənilərə də Ağdərə-Vardenis yolundan istifadə üçün icazə verilsin. Söhbət ordumuzun işğaldan azad etdiyi Kəlbəcər ərazisindən keçərək, Ermənistanı Qarabağla birləşdirən yoldan gedir.

Xatırladaq ki, ermənilər müharibəyə qədər Laçın koridoru ilə yanaşı bu yolla da Ermənistandan Qarabağa və əks istiqamətə hərəkət edirdilər. İndi isə bu yol tamamilə Azərbaycanın nəzarətindədir. İndi ermənilər deyirlər ki, əgər azərbaycanlılar Ağdərədən keçərək Kəlbəcərə, Şuşaya gedə bilirləsə, o zaman Ağdərədəki ermənilər də yüzlərlə kilometrədək yol qət edib Laçın dəhlizilə deyil, Kəlbəcərin ərazisindən keçən cəmi 60 kilometrlik yolla Ermənistana gedə bilməlidirlər. Ancaq xatırladaq ki, 10 noyabr sazişində kommunikasiyaların açılmasına dair bənd olsa da, Ermənistanla Qarabağ arasında yeganə nəqliyyat dəhlizi olaraq Laçın koridoru göstərilib.

Aksiya ilə bağlı videoda diqqət çəkən əsas məqamlardan biri sülhməramlıların adını bilmədiyimiz generalının ermənilərlə dialoqudur. İlk nəzərə çarpan məqam Azərbaycana aid bir neçə yük maşınının məhz yüksək rütbəli rus zabiti - genaral tərəfindən müşayiət olunmasıdır. Yəqin ki, bu işi daha aşağı ranqlı zabitə də həvalə etmək olardı. Belə təəssürat yaranır ki, sülhməramlıların ermənilərin “aksiyasından” əvvəlcədən xəbərləri olub və hətta bu “etirazın” təşkilində onların da marağının və rolunun olduğunu istisna etmək olmaz.

Bu şübhəmiz təsadüfi deyil, çünki Rusiyanın Birinci Qarabağ Müharibəsi dövründəki fəaliyyəti yaddan çıxmayıb. Elə indiki sülhməramlıların da “süddən çıxan qaşıq” olmadıqları ilk gündən bəlli idi. Bunu ermənilərin qarşısına çıxaraq, onların sülhməramlıların başçısı Rüstəm Muradova ünvanladıqları “müraciəti”ni qəbul edən rus generalının dedikləri də təsdiqləyir. Erməniləri “başa düşdüyünü” deyən həmin general guya “Azərbaycan tərəfilə “Artsax” rəhbərliyi arasında” bu yollarla hərəkətə dair razılıq olduğunu bildirir. Ona cavab olaraq ermənilərdən biri ““Artsax”a görə sağolun” deyir. Yəni ermənilər təbii ki, generalın Qarabağı “Artsax” adlandırmasını böyük məmnuniyyətlə qəbul edirlər. Və Rüstəm Muradovun separatçıların rəhbərinə qucaqlaşıb-sarılmasının fonunda digər bir rus generalının Qarbağa “Artsax” deməsi də təsadüfi deyil...

Əslində, bu baş verənlərlə növbəti dəfə sülhməramlıların tərəfkeşliyi, daha konkret desək, ermənipərəstliyi üzə çıxır və onların buradakı mövcud və bundan sonra olası təxribatlarda hansı rol aldığını və alacağını anlamaq heç də çətin deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycana aid bir neçə avtomobili general rütbəli hərbçinin müşayiət etməsi yəqin ki, təsadüfi deyildi və böyük ehtimalla, bu, ermənilərin qarşısında videoda gördüyünüz “nitqin” söylənməsinə və onların “yol probleminin” yüksək səviyyədə qabardılmasına xidmət edirdi.

Görünür, sülhməramlı generallara, zabitlərə və onları təlimatlandıranlara bir daha, özü də rəsmi səviyyədə xatırlatmaq lazımdır ki, onlar hansı ölkənin ərazisindədirlər və xidmət etdikləri ərazi necə adlanır. Hər halda, bütün bu təxribatlara, sülhməramlıların ermənilərlə müştərək tamaşalarına rəğmən, inanırıq ki, Azərbaycanın ardıcıl olaraq öz ərazilərində suveren hüquqları uğrunda mübarizəsi, dirənişi davam edəcək. Və heç bir təxribat ölkəmizi bu yoldan döndərə bilməyəcək.

Cəlal MƏMMƏDOV

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2021-01-21 17:24:17

Rus generalı, arsax deyir və erməni də ona spasiba za arsax deyir. Bundan oyanası varmı??? suveren Dövlətin ərazisində Dövlətə məxsus maşın karvanını 5-10 erməni dığası buraxmır və rus "sülhməramlısı" da onun tərəfini tutur, bir növ ona özünü xoş göstərir arsax deməklə. Günah nə erməni dığalarında və nə də rus generalındadır, günahkar özümüzük. Belə ki, heç olmasa XİN səviyyəsində sərt təpki göstərilməliydi, ancaq görmədik, erməni-rus da addımını bir az da qabağa qoyacaq....Bax belə...

Abdulla Vəzirov 2021-01-21 12:57:40

Putinin Ermənistandakı çıxışı onun əsl məqsədini açdı.Rusiya 300 ilə yaxındır ki, Qafqada sabitliyi pozmaq üçün (İzrail Ərəbistandakı kimi) erməniləri Qafqaza soxub və onları lazım olduqda iatifadə edir və bu kartdan istifadə üçün həmişə onları müdafiə edir.Ona görə bu məsələdə rusların iştirakı Azərbaycana heç nə verməyəcək.Biz Turana sığınmalıyıq.Başqa normal həyat çətindir.Yoxsa30-40 ildən bir belə münaqişələ olacaqdır.tpe

Nizaməddin 2021-01-21 12:50:43

Bu swlhməramlılarla baş verənlərə niyə XİN-in reaksiyası eşidilmir?Bu susqunluğun sirri nədir? Millət cavab axtarır,tapa bilmir.o7

Asif 2021-01-20 19:47:09

İti pişiyi qovduq bəsdir indi rusu qovmaq məcburiyətindəyik

M.Əsgərov 2021-01-20 13:59:05

anlamaq lazımdır ki hətta ermənilər bizə qarabağ lazım deyil bura Azərbaycan torpağıdır və biz buradan çıxıb gedirik desələrdə , ruslar heç vaxt buna razı olmazlar. "ermənistan" rusun projesidir, onları buralara yəni qafqaza zatən ruslar gətiriblər öz maraqları naminə.....

boris 2021-01-20 13:18:28

Rusların Qarabagda ömürlük qalma planları üçün əməlli-başlı iş gürürlər,bizimkilərin razılıgına indi heç saya salan da yoxdur.Azərbaycan Türkiyə qüvvələrinin burada təcili yerləşdirməlidir

t.ədalətə 2021-01-20 12:22:08

RÜSTƏM,NƏCMIDDİN-bunlar icraçıdırlar.Bunlar onlara Rusiyada verilən göstərişlərive r

Həbib 2021-01-20 12:19:08

Bizimkiər isə susur. Niyə XİN-nin səsi çıxmır.Məgər belə hallara rəsmi cavab vermək onların işi deyil?Elə ilk gündən Bayramovun bu işə yaramadığı hiss olunurdu.Bunu onun Lavrovla görüşü təsdiq etdi.

vətənindaşı 2021-01-20 10:43:50

ay yay yay-meyvələrinizi sevə-sevə dərin cənabbblar-bu hələ başlanğıcdır

Vüqar 2021-01-20 05:34:58

Bu yaxınlarda Mehman Əliyev ( adında səhvə yol vermirəmsə) öz məqzləsində deyirdi ki, ermənilər Azərbaycana qayıdıb yaşamalıdırlar burada.belə baş bilənlər olanda, ermənilərdə quduracad də

boris 2021-01-20 01:51:16

bizim reaksiyalar yoxlanılır sonra isə adekvat addımlar atılır,bizim əlaqədar adamlarımız qəti təpgi göstərməlidirlər.Qorxaq min dəfə ölür-igid bir dəfə

Elçin 2021-01-19 20:52:07

Kül başınıza olsun ay erməni xalqı. Gül kimi Azərbaycanda yaşayırdız, qazanırdız. İndi rus hərbiçisinə xaiş edirsiz ki yolu istifadə edəsiz. Kül başınıza.

Azər 2021-01-19 20:35:31

Hökumətimiz çıxsın desin nə baş verdiyini. Çox narahatıq baş verənlərdən

omar 2021-01-19 15:40:46

AZ.XIN zəhmət çəksin rusa nota versin və eyni zamanda generaldan izahat tələb etsin ki,nəyə görə Azırbayca ərazisinə arsax deyib və erməniləri də başa salsın ki,Azərbaycan daxilndə bizlər hara istəsək gedə bilərik və bizim torpağımızdan başqa ölkəyə,ancaq bizim icazəmizlə getmək olar.Erməni məğlub olub,ancaq 1 ay keçməyib,artıq qudurmağa başlayıb.Deyəsən bizləri möhkəm aldadıblar.

Qalib 2021-01-19 15:15:30

Bu heç də tamaşaya oxşamır... Eybi yox, o generala da QARABAĞ sözü öyrədilər.

Veteran 2021-01-19 15:02:20

Dədə-baba yoli ilə hərəkət etmək lazımdır.Erməni dığaları onların rus kücükləri ilı birlikdə hərəkətinə imkan vermək lazım deyil.Davam edin həmin yollarla ƏZİZ və QƏHRƏMAN HƏMVƏTƏNLƏRİMİZ!

Vətəndaş 2021-01-19 13:24:07

Belə getsə rus-erməıni gəlib Bakıda oturanda xəbər tutub narahat olacağıq onbda da gec olacaq. Hələ yatırıq.

t.ədalət 2021-01-19 13:21:24

Qarabağa yerləşən hərbi kontingent,indi məlum olur ki,rusiyanın yox,ermənilərin öz ordusudur.Uzun illər Azərbaycan balalarınıa divan tutan Nacmuddin Sadıkovun qüohumu olan Rustam Muradov da ermənilərə xidmət edən birisidir.Xilas yolu Azərbaycan tərəfin bu "sülhməramlı" deyilən xəyanətkarlara inamsızlıq bildirməsidir.Torpaq topasından daş oilmadığı kimi rusdan da qardaş olmaz.

rt 2021-01-19 13:21:23

?NIye cavablarin vermirik Tprpaqlarimizda at oynadirlar .... Yene yatmayin rus arcaq deyirse bunnan oyanasi yoxdu, bilesiz

Son yazılar