Menu

"Qarabağ Dirçəliş Fondunun" Nizamnaməsi və strukturu təsdiqlənib

19.01.2021, 12:18
"Qarabağ Dirçəliş Fondunun" Nizamnaməsi və strukturu təsdiqlənib

Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” və “Qarabağ Dirçəliş Fondunun strukturu” təsdiq edilib.

Müəyyən edilib ki, Qarabağ Dirçəliş Fondunun (bundan sonra – Fond) nizamnamə fondu 1 (bir) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir

Fond əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiqləməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Şərhlər

Hesabdar ErAz 2021-01-19 12:40:17

Hesab dərsini pis bilməmişəm. Hüququ da erməni qədər əldə saxlaya bilməsəm də, orta savadlı azəri qədər anlayıram. Bir bir milyonla nə nizamnamə heç anlaşılmaz və təşkilat haqqında heç bir ölçü anlayışı verməyən, ən az məsuliyyətli bir qurumdur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol