UNEC-in prorektoru, professor Mirdaməd Sadıqov vəfat edib

Azərbaycan Dövlət  İqtisad Universitetinin - UNEC-in prorektoru, professor Mirdaməd Sadıqov vəfat edib.   Bu barədə universitetin “Facebook” səhifəsində məlumat paylaşılıb.

Qeyd edək ki, M. Sadıqov təxminən bir aya yaxındı Bakıdakı özəl klinikalardan birində müalicə olunurdu.  Onun bir müddət əvvəl koronavirusa yoluxduğu və bunun da  səhhətində əlavə problemlər yaratdığı bildirilir. 

Onu da xatırladaq ki, 71 yaşlı M. Sadıqov  2013-cü ildən 2020-ci ilə qədər İsmayıllı rayonunun icra başçısı vəzifəsində çalışıb. 

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Veteran 2021-01-21 10:28:16

ALLAN günahlarını bağışlasın!

miri 2021-01-20 00:05:40

Allah rəhmət etsin İNŞƏALLAH.

Vətəndaş 2021-01-19 21:29:58

Allah rəhmət eləsin!Mirdamət müəllim korrupsiya bulaşmayan məmurlardan biri idi .Təmənnasız yaxşılıq etməyi bacaran insan idi..indiki məmurlar kimi hər şeyi pulla ölçmürdü

Son yazılar