Rusiyadan ölkəmizə əlavə pirotexnik qrupu, texnika və avandanlıqlar gətirilib - FOTO

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Aparılan minatəmizləmə əməliyyatının səmərəliliyinin daha da artırılması məqsədilə hər iki nazirlik arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində yanvarın 18-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexnik qrupu, texnika və avandanlıqlar gətirilib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncə Hava Limanında qarşılanan təyyarə ilə ölkəmizə gəlmiş qrup, texnika və avadanlıqlar minatəmizləmə əməliyyatına cəlb olunması üçün Nazirliyin Qarabağ Regional Mərkəzinə çatdırılıb.

635x100

Şərhlər

Özgür 2021-01-19 21:36:10

heç olmasa 20 yanvarda da əl çəkmirlər bizdən. 20 yanvarda əhalini qırıblar ruslar!

Xalq 2021-01-19 21:33:04

bunlar hamısı rus spesnazlarıdır. Qoşunun sayını və texnikanı artırırlar məndiyənlər!

Son yazılar