Menu

Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama

19.01.2021, 18:41
Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama

Nazilər Kabineti işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yanvar ayı üçün verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Hökumətdən “Report”a bildirilib ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmışdi.

“Bu müddət bir ayı əhatə edib. Bununla əlaqədar olaraq da ötən il dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsi başa çatdırılıb”, - Nazirlər Kabinetdən vurğulanıb.

Şərhlər

Vəli 2021-01-20 09:57:23

pulsuz tez bazar ölümə məhkumluqdur. Hər 50 nəfərdən biri 190 manat alsa bu isə əazabla ölümə məhkum olunmadır. çünki 190 manatla bir ailə dolana bilməz

Ishsiz 2021-01-19 23:30:12

190 manati xercliyib gurtara bilmirik. Allah size saxlasin bu geder de pul olar?

t.ədalət 2021-01-19 19:34:06

Karantin rejimi aprelin birinə kimi uzadılıb.Hələlik heç bir yer işləmir.Vətəndaşların qəbulu bağlanıb.Sadəcə olaraq,dünyanın heç bir yerində olmayan SMS boyunduruğu aradan götürülüb.90 faizdən çoxunu əhatə edən kasıb kütlə naçar vəziyyətdədir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol