Murovdağda şəhid olan hərbçimiz dəfn olundu - FOTOLAR

Azərbaycan ordusunun itkin hesab edilən, uzun müddət sonra şəhid xəbəri gələn əsgəri torpağa tapşırılıb.  “Qafqazinfo”nun xəbərinə görə, Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan əsgər, Daşkəsən rayon sakini, 1996-cı il təvəllüdlü Novruz Haqverdiyev bu gün Gəncədə Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidlə vida mərasimi Daşkəsənin Alunitdağ qəsəbəsində keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Azərbaycan ordusunda MAXE kimi xidmət edən N.Haqverdiyevin adı itkin düşən hərbçilər sırasında idi.

635x100

Şərhlər

Xalq 2021-01-19 22:23:41

Allah rəhmət eləsin! Şəhidin qəbri nurla dolsun! Allah ailəsinə səbir versin!

Son yazılar