Avropada “Boeing 737 MAX”ın uçuşlarına qadağa ləğv edilir

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi önümüzdəki həftədə təxminən il yarım əvvəl ardıcıl qəzalardan sonra uçuşları dayandırılmış “Boeing 737 MAX” təyyarələrinin yenidən uçuşlar həyata keçirməsini təsdiqləməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə “France-Presse” agentliyi Agentliyin icraçı direktoru Patrik Kaya istinadla məlumat yayıb.

“Gələn həftə uçuşa yararlılıq təlimatını dərc etməyi planlaşdırırıq. Fikrimizcə, “Boeing 737 MAX” gələn həftədən etibarən yenidən Avropada uça biləcək”, - Agentlik direktordan sitat gətirib.

Xatırladaq ki, dünən Kanadanın Nəqliyyat Nazirliyi yanvarın 20-dən etibarən ölkənin hava məkanında “Boeing 737 MAX” təyyarələrinin uçuşları bərpa etməsinə icazə verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar