Rusiyanın taktiki nüvə ehtiyyatı hamıdan çoxdur – 3-6 min arasındadır

Rusiyanın taktiki silah ehtiyatı - bu, NATO-nun ixtisaslaşmış adi silahlar üzrə üstünlüyünə qarşı «çəpər»dir. Özü də ilk zərbə endirmək vasitəsi olmaqdan öncə, vəziyyəti bərabərləşdirmək üçün instrument qismində.

Belə bir fikir geniş yayılıb ki, Rusiya Federasiyası 3 mindən 6 minə qədər sayda taktiki nüvə döyüş başlığına sahidir. Bu, onun sovet sələfindəkindən əhəmiyyətli dərəcədə azdır: soyuq müharibənin sonuna - 1991-ci ildə SSRİ-nin taktiki döyüş başlıqlarının sayı 13-22 min arasında olub.

Ancaq buna baxmayaraq, Rusiyanın taktiki nüvə döyüş başlıqları əvvəlki kimi, dünyada hamınınkından çoxdur və yaxın gələcəkdə bu sayın dəyişəcəyindən xəbər verən faktor gözə dəymir.

Nüvə arsenalının saya görə qiymətləndirilməsi onunla şərtlənir ki, onların universal texniki bölgüsü «taktiki» və «strateji» olaraq aparılmır. Bu, onların funksiyasının təqribi və xeyli kobud göstəricisidir. Strateji başlıq düşmənin ifrastrukturuna (şəhərlər, komanda məntəqələri, sənaye qovşaqları və s.) stratei məqsədlərlə tuşlanmş başlıqlar hesab olunur. Taktiki başlıqlar isə əksinə, döyüş meydanında davam edən hərbi qarşıdurma çərçivəsində istifadə olunur. Ancaq bu iki sinif arasında dəqiq sərhəd yoxdur və buna əlavə olaraq, vəziyyət müxtəlif ölkələrin standartları arasındakı fərqlə, həm də bu tip silahların məxfiliyi ilə mürəkkəbləşir.

Buna baxmayaraq, Qərb Rusiyanın taktiki nüvə qüvvələrinin tərkibi barədə təqribi məlumatları xeyli etibarlı formada toplaya bilir. Göründüyü kimi, ən çox sayda taktiki nüvə silahlarına hərbi-dəniz qüvvələri (HDQ) malikdir. Onun silahlanmasında Rusiya qanadlı raketlərinin «Kalibr» (gəmi) və sualtı bazalı variantları yer alır. Onlardan Rusiya gəmilərinin yeni spektrində («Yasen» raketlərlə silahlanan yeni atom sualtı qayıqları və «Admiral Qorşkov» sinfindən olan yeni freqatlar da daxil) istifadə olunur.

Ardınca hərbi-hava qüvvələri (HHQ) gəlir - onun tərkibinə modernləşdirilmiş dəniz bombardmançıları (Tu-22M13 və Tu-22M3M) daxildir. Taktiki planda müstəsna təhlükəni səsdən sürətli nüvə raketləri (X-17M2 «Xəncər») törədir - əksər hallarda onu tutmaq çox çətin olur. Ancaq söhbət gəzir ki, Su-57-nin bəzi imkanları məhdudiyyətlə seçilir, amma gözlənilir ki, qarşıdan gələn Rusiya hava bazalı nüvə raketləri nəslini perspektiv PAK-DA bombadmançıları daşıyacaqlar.

Bu arada Rusiyanın quru qoşunları «İskəndər-M» raket kompleksləri və həm də nüvə başlıqlarını daşımaq üsulları ilə modernləşdirilir. Bunlar isə heç bir halda tam siyahı sayıla bilməz…

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2021-01-20 01:09:45

Rusiyanın bu silahları öz başında çatlayacaq.İnşallah,o silahların Rusiya üçün bir faciəsi olacaq!

Son yazılar