ABŞ Yəmən husilərini terror təşkilatları siyahısına daxil etdi

ABŞ "Ənsar Allah" hərəkatından olan Yəmən üsyançılarını (husilər) terror təşkilatları siyahısına daxil edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin bəyanatında deyilir.

"Bu gün (çərşənbə axşamı-red) - 19 yanvarda, ABŞ Dövlət Departamenti "Ənsar Allah"ı xarici terror təşkilatı elan etdi", - bəyanatda bildirilir.

Bundan başqa, Dövlət Departamenti həmçinin husilərin üç rəhbərini də qlobal terrorçular siyahıya salıb.

Daha əvvəl “Reuters” agentliyi mənbələrə istinadən ABŞ-ın Yəmənin "Ənsar Allah" hərəkatını terror təşkilatı elan etmək planları haqqında bildirib. Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Vaşinqtonun belə niyyətinin olduğunu təsdiq edib. Husilər onların adlarını terror təşkilatları siyahısına əlavə edəcəyi təqdirdə ABŞ-ı cavab tədbirləri ilə hədələyiblər.

Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə hakimiyyəti ələ keçirmiş husilər arasında qarşıdurma davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar