Ən güclü aviasiyaya malik 5 ölkə - “National Interest” araşdırıb

2030-cu ilə ən güclü aviasiyaya yaxşı tanıdığımız ölkələr malik olacaqlar. Onların arasında liderlik mövqeyini Amerika Birləşmiş Ştatları (ABŞ), Rusiya və Böyük Britaniya (BB) tutacaq. Bu ölkələr əvvəlkitək müxtəlif ssenarilərə hazırlaşırlar - dövlət təşkil etməyən düşmənə qarşı məhdud kampaniyalardan tutmuş, geniş coğrafi məkanda tammiqyaslı döyüş fəaliyyətinə qədər. Nəhayət, bu dövlətlər böyük müasir hərbi aviasiya saxlamağı özlərinin milli təhlükəsizliyi üçün mühüm dayaq hesab edirlər.

Çin Xalq Respublikası (ÇXR) ilk dəfə olaraq, bu siyahıya düşür. Çin dünyanın ikinci iqtisadiyyatı statusuna uyğun olan aviasiya yaratmaqda davam edir. Düzdür, bu ölkə Cənubi Çin dənizinə yönəlik o qədər də layiqli hesab olunmayan fəaliyyət həyata keçirib və bununla da digər ölkələrə narahatlıq aşılayır.

ABŞ-ın HHQ/HDQ/ Dəniz piyadası korpusu

Amerika Birləşmiş Ştatları üç aviasiya bölməsinə malikdir - Hərbi-hava qüvvələri (HHQ), Donanma aviasiyası və Dəniz piyadası korpusunun aviasiyası. 2030-cu ildə bugünkü kimi, onlar dünyanın ən güclüsü olacaqlar.

2030-u ildə ABŞ HHQ indiki zamandan miras qalacaq F-22 Raptor tipli 187 təyyarəyə malik olacaq. Bundan başqa, onların F-15 Golden Fagle tipli 178 təyyarəsi (əhəmiyyətli dərəcədə modernləşdirilmiş radarlarla və infraqırmızı sensorlarla) olacaq, üstəlik də HHQ böyük sayda (1763 ədəd) F-35 (Joint Strike Fighter) alacaq. Onlar F-15C və A-10 təyyarələrini əvəz edəcəklər. HHQ həm də öz donanmasını 100 ədəd yanacaq paylayan KS-46 təyyarələri ilə təzələyəcək. B-21 tipli bombardmançıları istehsal mərhələsində olacaq və onların 100 ədədi əldə olunacaq.

Bu arada HDQ aviasiyası standartlaşdırılmış F-35 C və F/A-18Q/F tipli göyərtə aviasiyalarından ibarət olacaq. MQ-25 Stingray pilotsuz uçaqarı yanacaq paylayan və kəşfiyyatçı modifikasiyalarında F-35-lərin radiusunu artıracaq, krevertoplanlar (U-22) isə dənizdəki aviadaşıyıcılara poçt və yük daşıyacaq. Dəniz piyadası həmin vaxtda vertikal qalxan «B» və «S» variantında F-35 təyyarələri (göyərtə aviasiyası) almalıdır.

Çin Xalq Respublikası

Çin silahlı qüvvələri (Çin Milli-azadlıq ordusunun HHQ və HDQ-nin aviasiyası) böyüklüyün pikinə daxil olur. Təyyarələrin sayı azaldılsa da, onların keyfiyyəti (Su-30, J-11, J-15 və J-10 da daxil) yaxşılaşdırılır. Bununla birlikdə, həmin təyyarələr ən yaxşı halda dördüncü nəsilə aid edilir. ABŞ-la və digər böyük güclərlə ayaqlaşa bilmək üçün hazırlanan 5-ci nəsil təyyarələr (J-20 və J-31) uğurlu olmalıdır.

Qırıcılar ümumi mənzərənin yalnız bir hissəsdir. Çin HHQ bu ölkədə hazırlanmış uzaq mənzilli nəqliyyat yaratmaq niyyətindədir və 2030-cu ilə dünyanın istənilən yerinə çatmaq imkanı əldə etməlidir. Bu arada, Çin köməkçi təyyarələr (yanacaq daşıyan və ilkin xəbərdarlıq təyyarələri də daxil) işləyib hazırlayır. Şərqi Çin və Cənubi Çin dənizlərində artan gərginliyi hesaba almaqla, ÇXR kəşfiyyat-müşahidə tapşırıqlarını yerinə yetirmək üçün təyyarələrin və «İlahi şahin» tandem pilotsuz uçaqlarının sayını artırmağa çalışır.

Rusiya

Rusiya HHQ-nin 2030-cu ilə vəziyyətini öncədən xəbər vermək asan məsələ deyil və hadisələr bir neçə yolla inkişaf edə bilər. İqtisadiyyatın bərpasını, neftin və digər xammalların yüksək qiymətini, qərbin sanksyalarının ləğvini nəzərdə tutan ən yaxşı ssenari üzrə Rusiya aviasiyası döyüş gücünə görə 2030-u ildə dünyada ikinci ola bilər.

Rusiya HHQ iki ən əhəmiyyətli poqramı - PAK-FA qırıcıları layihəsi və PAK-DA strateji bombardmançıları layihəsidir. Həm də T-50 adı ilə məşhur olan PAK-FA Rusiya HHQ-i F-22 Raptor təyyarələri ilə müqayisə edilə bilən təyyarələrlə təmin etmək üçün vacibdir. Rusiya əbədi olaraq, köhnə MİQ-29, Su-30 və Su-34 təyyarələrinə ümid edə bilməz. PAK-DA strateji bombardmançısı («Stels» texnologiyası üzrə hazırlanacaq və işıq sürətindən aşağı sürətli olacaq) nüvə silahı daşımaq qabiliyyətində olacaq və köhnələn Tu-16 və Tu-22 təyyarələrini əvəzləyəcək.

Aydındır ki, bütün bunlar yalnız Rusiya iqtisadiyyatının bərpası halında mümkün ola bilər. 

İsrail

İsrail HHQ bu gün 58 ədəd F-15 (A və S modifikasiyalı) qırıcılarla havada hökmranlıq əldə edir. Bundan əlavə, onun silahlanmasında 25 ədər F-151 və 312 ədəd çoxməqsədli F-16 qırıcıları var. Təxminən, 2030-u ilə İsrail aviasiyası əvvəlki kimi, Yaxın Şərqdə ən güclüsü olacaq.

Həmin vaxta qədər F-15 təyyarələrinin əvəzlənməsi lazım gələcək, belə ki, bir çox platformalar 40 ildən yaşlı olacaq. Təəssüf ki, hələlik F-15C təyyarələrinin analoqu yoxdur, belə ki, F-22-lərin istehsalı 2011-ci ildə başa çatıb. İsrail ya F-15C təyyarələrinin istismar müddətini uzatmalı, ya da havada hökmranlığı F-35-lərin üzərinə yükləməli olacaq…

Böyük Britaniya

2030-u ilə krallıq HHQ bir çox onilliklər boyu malik olduğu gücün pikinə çatacaq. Britaniya aviasiyası 160 ədəd yüksək keyfiyyətli «Eurofighter Typhoon» təyyarələrinə sahib olacaq. Bunlar ilkin olaraq, havada hökmranlığı qazanan təyyarə kimi işlənib, bu gün onlar lazerlə yönəldilən bombaları atmaq qabiliyyətindədir. Hazırda bu təyyarələrin «Brimstone» raketləri ilə təchiz edilməsi işləri gedir. 2030-cu ildə belə pilotsuz zərbə uçağı yaradılmalıdır (pilotlu qırıcıları dəstəkləmək üçün)…

Ümumlikdə, 2030-u ilə krallıq HHQ və Britaniya donanmasının aviasiyası 300 qırıcıya sahib olacaq və Qərbi Avropada ikinci yeri tutacaq.

Ruscadan çevirdi: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar