Somalidə terror aktı törədilib - Ölənlər var

Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

İlkin məlumata görə, hadisə zamanı üç nəfər həlak olub. Qeyd edilir ki, terror aktı Qarasbaley rayonunun rəhbərliyinə qarşı yönəldilib. Hadisə zamanı rayonun rəhbəri və daha iki nəfər həlak olub.

Əraziyə polis əməkdaşları göndərilib.

Somali hakimiyyəti hələ terror aktı ilə bağlı rəsmi bəyanat yaymayıb.

Partlayışa görə məsuliyyəti hələ heç bir təşkilat üzərinə götürməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar