Menu

"20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq" - Britaniya səfiri

20.01.2021, 10:45
"20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq" - Britaniya səfiri

"2019-cu ildə Azərbaycanda fəaliyyətimə başlayanda ilk ziyarətim Şəhidlər Xiyabanına oldu. Bu şəkil də məhz o zaman çəkilib".

APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpın "Twitter" səhifəsindəki paylaşımında qeyd edilir.

"Britaniya səfirliyinin əməkdaşları ilə birlikdə Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq", - deyə səfir bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol