"Müasir Azərbaycan bu dəhşətli günü heç vaxt demokratik Rusiya ilə əlaqələndirmir" - Polad Bülbüloğlu

Yanvarın 20-də Moskvada, Azərbaycanın Rusiyadakı səfirliyində Qara Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda 20 Yanvar gecəsi həlak olanların xatirəsinə ucaldılmış xatirə abidəsi, eləcə də Azərbaycan səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyub.

Jurnalistlərə açıqlamasında səfir qeyd edib ki, o dəhşətli gecədən 31 il keçib, lakin neçə il keçir keçsin, Azərbaycan xalqı bu günü heç vaxt unutmayacaq.

“Faciə dəhşətlidir, çünki biz bir ölkənin vətəndaşları idik. Bunun Sovet dövründə olduğunu xüsusi vurğulamaq istəyirəm. Müasir Azərbaycan bu dəhşətli günü heç vaxt demokratik Rusiya ilə əlaqələndirmir. Qanlı faciə tariximizə qara ləkə kimi düşdü. Lakin müdrik Azərbaycan xalqı bu çətin dönəmi adlamağı bacarıb”, - o deyib.

Səfir bildirib ki, bu faciəni ilk pisləyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olub: “Yanvarın 21-də Heydər Əliyev ailə üzvləri ilə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib və burada ilk dəfə Sovet rəhbərliyinə etirazlarını bildirib. O zaman bu addım çox böyük cəsarət və inam tələb edirdi. Heydər Əliyev böyük siyasətçi olaraq başa düşürdü ki, dəhşətli hadisəyə hər şeydən əvvəl siyasi qiymət verilməlidir”.

“Bu gün onunla sakitlik tapırıq ki, keçən il Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə nəticəsində qələbə qazandı və Qarabağ torpaqlarını işğaldan azad etdi. O, bununla 20 Yanvarda azadlıq, Vətənin müstəqilliyi uğrunda şəhid olanların ruhunu şad elədi. Heydər Əliyevin arzularını oğlu İlham Əliyev reallaşdırdı. O, Üzeyir Hacıbəyovu, Natəvanı, Bülbülü Şuşaya qaytardı. O, Qarabağı Azərbaycana qaytardı. Qarabağ Azərbaycan, Şuşa da Azərbaycanın mədəniyyət paytaxtıdır”, - Polad Bülbüloğlu vurğulayıb.

Qeyd edək ki, 20 Yanvar qəhrəmanlarının xatirəsinə Azərbaycan səfirliyinin qarşısında həmçinin hər kəsin çiçək qoya biləcəyi stend də quraşdırılıb.

635x100

Şərhlər

Özgür 2021-01-20 16:56:06

İnsan nə qədər səviyyəsiz olsun ki, 20 yanvar günü belə bir çıxış etsin, bərəkallah, rusca deyək malades!

Seyid Ənhu 2021-01-20 14:17:43

ADAMDA ZƏRRƏ QƏDƏR DƏ OLSA AZƏRBAYCANLILIQ VƏ İSLAM KEYFİYYƏTLƏRİ YOXDUR. EVLƏRİNDƏ BİR DƏFƏ DƏ OLSUN BİSMİLLAHLA BİŞƏN YEMƏK OLMAYIB. BU ADAM RUSDUR. VƏ NÖKƏRDİR. NÖKƏRİN İŞİ QORXMAQ VƏ YALTAQLANMAQDIR. ALLAHIMIZA ŞÜKÜR EDƏK Kİ, BİZİ BU CÜR RƏZİL DURUMDA YARATMAYIB.

Ədalət 2021-01-20 13:57:43

İlahi Ədalət vaxtı hamınız üçün çatacaq heç şübhəniz olmasın. Şeytan kimin yaşayıb mələk cilidinə girməyinizin heç bir faydası olmayacaq.

Doğru 2021-01-20 13:16:29

Bu ... Moskvada üç dörd adamın mənafeyini qorumaq üçün SƏFİL dir. Onları qarşılayıb tədbirlərini keçirnək və.s. Azərbaycan xalqının mənafeyi bunu heç vaxt maraqlandırmayıb....

.EJDER 2021-01-20 13:12:34

YALAN DANIWANIN ATABATASINA LEHNET

Azər 2021-01-20 12:46:29

Çox gülməlidir, guya diplomatik dildə danışır.Guya İstəyib ki, bu dəfə səhvsiz danışsın.Hamı sənin kim olduğunu çox gözəl bilir.

Qarabağlı 2021-01-20 12:34:07

Hesab edirik ki, Poladın pensiya vaxtı çoxdan çatıb. Göndərin onu pensiyaya. Adam daha danışığını bilmir.

M.Əsgərov 2021-01-20 12:31:42

"demokratik rusiya ilə əlaqələndirmir" heç yerində olmayan fikirdir, əvvala rusiya demokratik deyil, sonrada bu qırğını elə məhz ruslar törədib, yəni bu cümləni işlətməmək lazım idi. Yetkin siyasətçi lazımdı sıfir olmaq üçün.....

Xalq 2021-01-20 12:30:03

rusiya hər yerdə deyir ki, ssri-nin hüquqi varisidir. İndi necə olur ki, deyirlər ki, 20 yavarı" demokratik" rusiya ilə əlaqələndirilmir. Sən Poladın dediyi fikir öz fikrindir. Millətin fikri başqadır!

t.ədalət 2021-01-20 12:25:31

Ya bu adam savadsızdır,ya da xalqı dolamaq istəyir.Demokratik Rusiya var?20 Yanvarın davamı olaraqDağlıq Qarabağda bizi qətlə yetirən hansı Rusiyadır?Azərbaycan nə qədər ki,anası,bacısı və atası erməni olanları vəzifələrdən kənarlaşdırmayıb qələbələrimiz puç,arzularımız daş olacaq.

Son yazılar