Atəşkəs razılaşmasına baxmayaraq Ukraynanın şərqində qeyri-sabit vəziyyət davam edir. Şəhərdə asayiş gündəlik pozulur, tərəflər arasında silahlı toqquşmalar yaranır.
ANS TV-nin məlumatına görə, Ukrayna höküməti hələ də Donetsk və Luqanskın geniş ərazilərini nəzarətində saxlayır. Rusiyapərəst hərbçilərin sayında azalma müşahidə edilir. Onların çoxu Rusiyadakı bazalarına qayıdır. Buna baxmayaraq muzdlu döyüşçülərin hələ də cənubi Rusiyadan Ukrayna ərazisinə daxil olduğunu iddia olunur.
Donetskin şəhər kənarında rusiyameylli qüvvələr təlimlər keçirərək, silahlıların əlbəyaxa döyüş bacarığı və taktikalarını təkmilləşdirməyə çalışır. Separatçıların nəzarətində olan hərbi hissələrin birində, yeni qoşulan könülüllərə hərbi təlimlərə cəlb olunub. Hərbi hissə komandiri son 2 ayda sıralarına 30 yeni döyüşçünün qoşuludğunu bəyan edib.
“Küçədə sülh olsun deyə və təxribat tapşırıqları üçün təlimlər keçiririk” deyə üsyançılardan biri söyləyib. Amma Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəddən ordunun çıxarılması barədə göstəriş vermişdi.


Şərhlər