“MƏĞLUBİYYƏTİ ERMƏNİ CƏMİYYƏTİNƏ HƏZM ETDİRİR” - Paşinyanın çıxışındakı 4 əsas məqam

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 20-də parlamentdə etdiyi çıxışında və müxalifətdən olan deputatların suallarına cavablarında bır sıra məqamlara toxunub. Onun dediklərini şərh edən politoloq Elxan Şahinoğlu bir neçə önəmli məqama diqqət çəkib:

"Birincisi, Paşinyan dedi ki, o müxalifətlə erkən parlament seçkisinin tarixini müzakirə etməyə hazırdır. Paşinyan müxalifətə səslənərək bildirdi ki, “məni istəmirsinizsə seçki keçirək ən layiqlini baş nazir seçək”.

Paşinyan seçki tezisi ilə müxalifəti çətin vəziyyətə sürükləyib. Müharibədə məğlub olan Paşinyan bir müddət müxalifətin təzyiqi ilə üzləşdi, indi isə əks-hücuma keçib.

Müxalifət seçki istəmir. Səbəbi sadədir. Müxalifət seçki nəticəsində hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplamayacağını proqnozlaşdırır. Ona görə də Paşinyan müxalifətə zəif damarından basır.

İkincisi, Paşinyan Dağlıq Qarabağ mövzusunda dedi ki, Minsk Qrupu çərçivəsində status danışıqlarına başlanılmasının tərəfdarıdır. Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da onun kimi düşündüyünü bildirdi.

Üçüncüsü, Paşinyan yenidən əsirlər mövzusunda toxunaraq bildirdi ki, bu mövzunun daima gündəmdə olmasının Ermənistanın maraqlarına ziddir. Yəni Paşinyan demək istədi ki, əsirləri qaytarmağa çalışsa da, bu alınmır və bu mövzunun daima müzakirə olunması Ermənistana əlavə problemlər yaradır. Başqa sözlə Paşinyan ona işarə etdi ki, əsirlər mövzusu erməni cəmiyyətini parşalayır.

Dördüncüsü, Paşinyan dedi ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlıların varlığını müsbət qiymətləndirir".


E. Şahinoğlu burada Paşinyandan sitat gətirib: “Təhlükəsizlik sahəsində Ermənistanla Arsax (Qarabağ) arasında dəyişən bir şey yoxdur. Digər tərəfdən rusiyalı hərbçilərin Dağlıq Qarabağda olmaları Arsax üçün əlavə təhlükəsizlik amilidir”.

Ekspertin sözlərinə görə, baş nazirin çıxışından o nəticəyə gəlmək mümkündür ki, zaman geçdikcə Paşinyan erməni ictimaiyyəti qarşısında məğlub sindromundan qurtulmağa və fəallığını artırmağa çalışır.

"Paşinyan parlamentdə müxalifətin istənilən sualını cavablandıra biləcəyini göstərir. Əslində isə Paşinyan faktiki məğlubiyyəti erməni cəmiyyətinə həzm etdirməklə məşğuldur. Bizə də elə bu lazımdır"-deyə Şahinoğlu vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Xalq 2021-01-22 21:41:08

biz də o fikirdəyik ki, erməni xalqı biz türkləri düşmən deyil dost kimi qəbul etsələr ruslardan qurtulub əla yaşayar hər iki xalq!

CƏNAB politoloqa 2021-01-21 15:32:26

Əslində Ermənistan və cəmiyyəti heç nə uduzmayıb! İşğalçı eyforiyasına qalib gəlib! Dağlıq Qarabağ ballastı güclü Kreml Ordusuna və azı 5 ill RF himayəsinə verilib! Üçdə bir əsr işğalda saxladığı dövlət belə onunla hər tərəfli əlaqələrə razılıq verib! Buna Zaurca beşdə/beş qələbə deyilər!

Mehdiyev 2021-01-21 14:58:21

Bizə də elə bu lazımdırsa, onda bu barədə az danış... hamıdan ağıllısaaaannn?

Cəmşid Dərələyəzli 2021-01-21 14:50:49

Paşinyanın erməni parlamentindəki bu çixişının bəzi nüansları bizi qane etmir və etməyəcək də. Paşinyan özü də yaxşı başa düşür ki, bəzi fikirləri tərəflər arasındakı ilkin sazişə ziddir və bu səbəbdən də daldan atılan daşa bənzər. lakin Paşinyan erməniləri sakitləşdirmək və müxalifətə əks hücuma keçmək üçün, bu fikirləri səsləndirməyə hələlik məhkumdur. İlk gündəndə qeyd etmişik ki, bu gerizekalı hayları tamamilə yox olmaqdan xilas-etsə-etsə elə Paşinyan edəcək. Azərbaycan Prezidenti öz çıxışlarının birində dedi ki, Paşinyan hakimiyyətə gələndə məndən iki il vaxt istəmişdir. Görünən o ki, bir az geciksə də, əslində damarımızı basa- basa o vədinə əməl etdi. Amma nə yazıq ki, torpaqlar qanla qaytarıldı. Amma götürəndə onun başqa yolu da yox idi. Çünki Paşik torpaqları elə belə, yıni qansız qaytarsa idi, onu ölkəsində yenə də vətən xaini adlandıracaqdılar. Əslində o bu addımı ilə Sarksyan və Koçaryan cütlüyünün maskasını cırdi və bununla da ermənilərə ayılın mesajını verdi. Əmin olun ki, erməniləri meydanlarda soyuq qış havası vurduqca ayazıyacaqlar və ayazıdıqca da onlar Paşinyana haq verəcəklər. Və bir də ayazıdıqca onlar özlərinə sual edəcəklər ki, dəyərdimi bu 32 illik fəlakətə, bunca tökülən qanlara. İnanın bütün bunları onlar gec də olasa fark edəcəklər. Gələk Xankəndində yaşayan ermənilərə.Əgər onlar indi yaşadıqları məşəqqətlərdən tez qurtulmaq istəyirlərsə, dərhal küçələrə çıxıb, Azərbaycanın bayrağını dalğalandırmalı və Azərbaycan vətəndaşları olduqlarını etiraf etməlidirlər. Yəni onların xilası, Rusiyanın indi oradakı varlığından çox, Azərbaycana sığınmalarından keçir. Rusiyanın gətirdiyi bir “skuşonnu” və bir kilo “kolbasa” ermənilər üçün qurtuluş yolu deyil.

Son yazılar